Sual: Qız uşağı olunca üzülənlər olur. Qız uşağının dinimizdəki yeri nədir?
Qız uşağı olunca kədərlənmək, üstəlik ananı günahlandırmaq çox səhvdir.
Quran-i Kərimdə tərcümə olaraq, (Allah dilədiyinə qız, dilədiyinə oğlan bəxş edər. Kiminə həm oğlan, həm qız uşağı verər, dilədiyini də sonsuz edir. Hər şeyi haqqı ilə bilən və hər şeyə gücü çatan ancaq Allahdır) buyuruldu (Şura 49, 50). Peyğəmbər əfəndimiz "Qız uşaqlarını xor görməyin" buyurdu. Xor görmək dini bilməməkdən irəli gəlir. Xeyirli övlad istəməlidir.
Xeyirli olmadıqdan sonra qız və ya kişi olmuş nə fərq edər ki? Dinimizdə qadının və qız uşaqlarının fəziləti böyükdür. Hədis-i şəriflərdə buyuruldu ki:
- Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Paltarları gözəl olsun! Etibar qazanmaları üçün ən gözəl hədiyyələrlə ehsan edin! (Hakim)
- Qız uşağını gözəlcə tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirsə, o qız uşağı onun üçün bir bərəkət olar, Cəhənnəmdən qurtulub asanca Cənnətə girməsinə vəsilə olar. (Taberani)
- İki qız övladına gözəl rəftar edən mütləq Cənnətə girər. (İbni Macə)
- İki qızı və ya iki bacısı olub da, məişətlərini gözəlcə təmin edənlə Cənnətdə birlikdə olarıq.
(Tirmizi)
- Bazardan aldığı şeyləri, oğlanlardan əvvəl qız uşaqlarına verənə Allah Təala rəhmətlə nəzər edər. Allahu Təala rəhmətlə nəzər etdiyinə də əzab etməz. (Haraiti)
- Bazardan turfanda meyvə alıb evinə gətirən, sədəqə savabı alar. Gətirdiyi meyvəni oğlanlarından əvvəl qız uşaqlarına versin! Qadınları, qızları sevindirən, Allah qorxusundan ağlayanlar kimi savab qazanar. Allah qorxusundan ağlayanın bədəni də Cəhənnəmə haram olar. (İbni Adiy)
- Üç qızına ehtiyacdan xilas olana qədər yaxşı baxan, yedirib geydirən, əlbəttə Cənnəti qazanar. (Əbu Davud)
Göründüyü kimi qız və qadınlara dəyər verməyənlər, müsəlmanlığı bilməyən kəslərdir.
Müsəlman dinini yaxşı öyrənib qadına layiq olduğu dəyəri verməlidir! Başlıq pulu deyilən pis adətin bir çox bölgədən qalxdığını eşidirik. Hələ də bəzi bölgələrdə davam edən bu adətin qaldırılmasına çalışmaq lazımdır. Qız övladı qiymətlidir.
Sual: Niyə oğlana çox qıza isə az miras buraxılır. Bu övlad ayrı-seçkiliyi deyilmi? Qız övlada niyə az dəyər verilir?
Dinimizdə qadın miras almağa möhtac buraxılmamışdır. Onun bütün ehtiyaclarını, əri, atası, qardaş və əmi kimi yaxınları, ona verməyə məcbur tutulmuşdur. Baxacaq heç bir qohumu yoxdursa onun ehtiyaclarını Beyt-ül-mal qarşılayar. Qadın çalışıb qazanmaq məcburiyyətində deyil. Kişilərin bu güc vəzifələrindən ötəri mirasın hamısını almaqları lazım olduğu halda, dinimiz qadınlara yenə ikidə bir pay verdi... Dinimiz qadınlara çox dəyər verər. Bir neçə Hədisi-Şərif tərcüməsi belədir:
Kimin qız uşaqları olur, onların çətinliklərinə dözər, yaxşı yetişdirər və tayi ilə evləndirərsə, bu qız uşaqları onun üçün Cəhənnəmə pərdə olar.
(Tirmizi)
İlk uşağının qız olması, qadının bərəkətindəndir. (İbni Asakir)
Qadınlara ancaq zadəganlıq və şərəf sahibi kimsə dəyər verər. Onları ancaq pis və aşağı kəslər xor görər. (İ. Asakir)
Allahu Təaladan xeyirli övlad istədim. Mənə qız uşaqları lütf etdi.
Qız uşaqlarını xor görməyin, çünki mən qızlar atasıyam. (M. Cinan)
Peyğəmbər əfəndimiz qız atası olmaqla fəxr edir. Bu vəsiqələr qarşısında heç kim "İslamiyyət qadınlara, qızlara dəyər vermir" deyə bilməz.
Tarix: 10.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 332 Bölmə: Qadın dünyası