Hər şeydən əvvəl bu vaxta qədər eşitdiyin bütün mənasız məsləhətləri unut, onlardan yaxa qurtarmağa hazır ol… Və ilk görüşdən həzz almağa çalış.
Molly Triffin
Birinci görüş üçün verilən məsləhətlər, adətən, heç bir işə yaramır. "Bunu geyin, onu de və heç bir halda belə danışma”, -deyə məsləhətlər verirlər. Bu kimi məsləhətlərin hər biri yalnız bir məqsədə yönəlib: sənin hələ bəyənib-bəyənmədiyini belə bilmədiyin oğlanı tovlamaq.
Guya qaydalar adlandırılan belə məsləhətlər cəfəngiyat olmaqla yanaşı, xoşagəlməz hadisələrlə nəticələnə bilər. Kim ilk görüşdə "taxta kimi quru” təəssürati yaratmaq istəyir ki? Belə məsləhətlərə əməl etməklə, sən özünü olduğun kimi göstərmirsən. İlk görüşlərin əsas məqsədi əylənməkdir. Bizə güvən. Özünə sadiq olmaqla sən qarşı tərəfə daha cəlbedici görünəcəksən.
"Uğurlu ilk görüşün ən yaxşı strategiyası, sadəcə, əyləncə məqsədilə işə başlamaqdır, onu valeh etmək üçün bir yığın plan qurmaqla özünü yorma”, – Rutgers Universitetinin antropologiya üzrə professoru, "Kişilərin Zərəri” kitabının müəllifi, fəlsəfə doktonı Lionel Tiger belə deyir. "Bu yolla sən özünə güvənən və qayğısız olacaq, bununla da ətrafdakıların gözünə daha cəlbedici görünəcəksən”.
Bu Gününlə Yaşa
Əgər seçdiyin şəxslə xarakterləriniz ilk qarşılaşdığınız andan etibarən bir-birinə uyğun gəlibsə, gələcəyi təsəvvür edərək onun həqiqətən də sənin qismətin ola bilərmi sualına cavab verməyə tələsmə. Bir sözlə, elə orada qal, hisslərini cilovla. Əks halda, vaxtını xoş keçirə bilməyəcəksən.
"Əgər sən ilk görüşə çox əhəmiyyət versən, həmin axşamı münasibətlərinizin necə davam edəcəyini, onu yenidən görüb-görməyəcəyini düşünməklə keçirəcəksən”, – deyə "Tam Əminlik” kitabının müəllifi, psixoterapevt, fəlsəfə doktoru Sheenah Hankin bildirir. "Bu isə o anda ətrafında taın olaraq nələrin baş verdiyini anlamağına mane olacaq”.
Tarix: 10.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qadın dünyası