Necə ki qadınlar kişilərin bəzi hal və hərəkətlərindən soyuyur və uzaqlaşırsa, kişilər üçün də eyni şey etibarlıdır. Onu özünüzdən uzaqlaşdırmaq istəmirsinizsə, davranışlarınızı nəzərdən keçirməlisiniz. Kişiləri qadınlardan uzaqlaşdıran başlıca davranışlar...
-Hər qadın kişisindən diqqət gözləyər. Amma bunun çoxunu gözləməyin! Kişilər strukturları gərəyi sizə istədiyiniz diqqəti göstereməyə bilir. Əgər onu diqqət göstərməsi üçün sıxsanız uzaqlaşmasına səbəb olarsınız.
-Əlbəttə özünüzə güvənin hər vaxt tam olmalıdır. Ancaq dozasında! Kişilər hər şeyi bildiyini düşünən, hər vaxt onun söylədiyinin doğru olduğunu düşünən qadınlardan xoşlanmazlar.
-Hər kəs azad təbii ki... Ancaq bunu "Mən hər istədiyimi edərəm!" şəklində deyil də, onunla ortaq qərarlar alaraq etməniz əlaqəniz üçün daha sağlam olacaq. Kişilər dediyim dedik qadınlardan uzaqlaşarlar.
-Soyuqqanlı olun! Ən kiçik bir problemdə çaxnaşma olub böyütməyin. Kişilər problem yaradan deyil, problemləri həll edən qadınlardan xoşlanar.
-Şişirdilmiş makiyajla gözəl olduğunuzu düşünürsünüzsə, pis xəbər! Kişilər həddindən artıq makiyaj sevmirlər.
-Fərdi baxımınızı laqeyd yanaşmayın. Hər vaxt istənməyən tüklərinizdən təmizlənmiş olun və gözəl qoxun. Kişilər tər iy verən qadınlardan işıq sürətiylə soyuyarlar!
Tarix: 10.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qadın dünyası