aşdırıcı, romantik, sürprizli, dəlisov… Bu evlilik təkliflərindən hansı sizə daha yaxındır?
Artıq kişilərin etdiyi çox şeyi qadınlar da edə bilir. Ancaq söz mövzusu olan evlənmə təklifidirsə burada iş dəyişir. Bəzi istisnaları saymasaq, evlənmə təklifinin kişidən qadına edilməsi ənənəsi hələ də yaşayır. Hətta bütün evlənmə təklifi şərtlərini qadınlar hazırlasa da "mənimlə evlənərsən?" sözü kişiyə daha çox yaraşır. Gəlin, birlikdə, biz qadınların ən çox xoşlanacağı evlənmə təklifi formalarına bir nəzər salaq.
Çaşdırıcı təklif
Hərhalda bir evlənmə təklifini gözəl edən şey, gözlənilməz bir anda gəlməsidir. Əlaqənizin şərtləri evliliyə doğru getdiyinizin siqnallarını versə də heç ümid etmədiyiniz bir anda sevgilinizin "Mənimlə evlənərsən?" sözüylə qarşılaşmaq, hansı qadını xoşbəxt etməz sizcə?
Məsələn, sıravi bir günorta yeməyi arasında, bir-birinizi uzun zamandır görə bilmədiyiniz bir səyahət dönüşündə sevgiliniz sizi qarşıladığında…
Romantik təklif
Romantikadan xoşlanan qadınların ən böyük xəyalı romantik bir evlənmə təklifidir. Məsələn, kinoda filmin ən romantik anında sevgilinizn qulağınıza o sehirli sözü pıçıldaması ya da şam işığı altında, skripka səsi yoldaşlığında yediyiniz bir yemək əsnasında kiçik bir qutudan çıxardığı üzüklə birlikdə diz çökərək evlənmə təklifi etməsi…
Sürprizli təklif
Deyək ki ad gününüzdür və sevgiinzlə rəstoranda baş-başa gözəl bir yemək yeyəcəksiniz. Masaya oturduğunuzda xidmət qabının içində tək daş üzüyü görürsünüz və dodaqlarından o gözlənilən sözləri eşidirsiniz. Daha bitmədi… Tam bu anın qarışıqlığını yaşayarkən, birdən ətrafdan ən yaxın dostlarınız alqış tufanıyla sizə doğru yaxınlaşır. Məgər bu sehirli ana hər kəs şahid olmuşdur!
Dəlisov təklif
İkiniz də üzməyi xoşlayırsınızsa, bir dalış mərasimi hazırlayan sevgiliniz "Mənimlə evlənərsən?" yazılı kartı sualtında sizə göstərərək təklifini edir.
İşarə verin
Bu təklif formalarından hansı sizə daha yaxın gəlirsə, sevgilinzə o tərz təklifdən xoşlanacağınızın işarələrinizi verməyə laqeyd yanaşmayın. Şərt o deyil ki, sırf burda yazılanlar olsun. Məncə sizin daha özünüzə uyğun fikirləriniz ola bilər.
Tarix: 10.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Qadın dünyası