Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlanlar tərbiyəsiz qızlarla evlenərlərmi?

Oğlanların evlənmək istəməməkləri artıq günümüzün qlobal problemlərindən birinə çevrilib.Səbəbini araşdırdıqda isə aşagıdakı nəticələrlə qarşılaşırıq.Bunlardan ən əsası və önəmlisi isə oğlanların evlənmək üçün normal,tərbiyyəli bir qız tapmamalarıdı.
Əvvəllər yaxşı ailə qızı sözünü tez-tez eşidərdik.Yəni analar öz oğlanlarını evləndirmək üçün tanıdığı ailələrin qızlarını seçirdilər.Amma indi vəziyyət bir qədər dəyişib.Yəni artıq valideynlər oğlanları üçün uzun illər yaxından bələd olduqları ailənin qızlarını belə almaqda çətinlik çəkirlər.Çünki çox nümunəvi ailə kimi tanıdıqlarımız da bəzən öz qızlarını tərbiyyə etməkdə çətinlik çəkir.
Həzrəti peyğəmbərimiz buyurmuşdur ki hər ata ki 3 tərbiyəli və hərtərəfli qız yetişdirərsə onun yeri cənnətdi.Ama indiki yaşantımızda nəinki 3 valideynlər hətta 1 qızı belə tərbiyə etməkdə çətinlik çəkirlər.Bəlkə də bunun nəticəsidir ki bir çoxları qız övladını deyil oğlan övladını üstün tuturlar.

Çoxları tərbiyəsizliyi geyimdə , danışıqda görsələrdə bəzən düşündüklərimiz bizi yanıldır.Belə bir söz var "suyun lal axanı,insanın yerə baxanı”.Xaricən çox ağıllı,tərbiyyəli saydıqlarımız belə öz tərbiyyəli qız simasnın arxasında heç təsəvvürümüzə belə gətirməyəcəyimiz işlərlə məşqul olurlar.

Oğlanlar gəzməyə və əylənməyə bu cür qızları axtarsalar da son uçda hamı evlənmək üçün tərbiyəli birisini axtarır.Bunun bir çox səbəbləri var.Heç kim gələcəkdə ailə quracağı,uşaqlarının anası olacağı bir qadının əxlaqsız,tərbiyyəsiz olmağını istəməz.

Günümüzdə oğlanlarla əylənən,vaxt keçirən qızlar o qədər çoxluq təşkil edir ki artıq günün çox hissəsini gəzdiyi oğlanla telefonla danışan qızlara adi baxırıq.Vəziyyət evlənməyə gəldikdə isə artıq oğlanlar danışdıqları və gəzdikləri qızları yox məhz öz seçdikləri tərbiyəli saydıqları qızlarla evlənməyi üstün tuturlar.

Əlbəttə bütün bunların günahının çox hissəsi qızlardadı.Yəni qız hər arxasınca düşən və ya bəyəndiyi şəxslə sevgi yaşamasa sadəcə öz həyatını sakitcə yaşayıb öz qismətindəki şəxsi gözləsə bütün bunlar baş verməz.Bütün günahı qızlarında üzərinə atmaqla kifayətlənmək doğru olmazdı əlbəttə günahın müəyyən bir hissəsi də məhz sevdiyi qızı yarı yolda qoyan oğlanlardadı.


Tarix: 10.01.2015 / 12:53 Müəllif: Aziza Baxılıb: 216 Bölmə: Qadın dünyası
loading...