Dünyada təxminən 100 qıza 107 oğlan uşağı doğulur.
Yeni doğulan oğlan uşaqlarının tələf olma ehtimalı qızların tələf olma ehtimalından 25% daha yüksəkdir.
Dünyada kişilərdə orta yaş dövrü 52-64, qadınlarda isə 66-68-dir.
Statistikaya görə, dünyada kişilərin əsas ölüm səbəbi - ürək xəstəlikləridir.
Oğlan uşaqlarının "autizm” diaqnozu almaq ehtimalı qızlardan daha çoxdur.
Yeniyetmə oğlanlar qızlardan 4 dəfə çox məktəbi ataraq işləməyə başlayırlar. Bu isə oğlan uşaqlarının 75%-ni təşkil edir.
İş yerlərində qəza zamanı ölən insanların 94%-ni kişilər təşkil edir.
Kişilər qadınlardan 3 dəfə artıq alkoqoldan asılı vəziyyətdə 2 dəfə artıq isə narkotik vasitələrdən asılı olurlar.
Kişiləri qadınlardan 4 dəfə çox öldürürlər və onlar qadınlardan 10 dəfə çox cinayət törədirlər.
Demək olar hər ölkədə kişilər qadınlardan 2 dəfə çox özünə qəsd edirlər.
Orta yaşlı kişilərdə əzələ qatının sayı orta yaşlı qadınların əzələ qatından 50 % artıq, piy qatı isə 50% az olur.
İlk dəfə hündür daban ayaqqabıları monqol kişiləri ayaqları atın yəhərindən sürüşməsin deyə geyiniblər.
Antropoloqların sözlərinə görə, dünyada ən güclü atalıq hissinə malik olan kişi cinsli canlı yalnız insanlardır.
Tarix: 07.01.2015 / 16:33 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Qadın dünyası