Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pozitivinizdən sizlərə məsləhət

Gülümsə sadəcə…
Nə olursa olsun gülümsə...
Həyat nə ağrılar yaşadırsa yaşatsın sadəcə gülümsə...
Bir təbəssüm min ağrıya əvəz...
Hər şeyi yaddan çıxart, amma təbəssüm etməyi yaddan çıxartma.

Həyatı sev...
İnsanları da sev… Yaradandan ötəri sev... Sevgi bitməz qorxma…
Müqavimətli ol yıxılma... Kainatın dili ilə danış... Cansızlarla danış.
Qorxma kimsə dəli deməz… Əksinə onlar anlar hər şeyi…
Baxma cansız olduqlarına… Qiyamət günü gör dillərini.

Buludlara səslən; Yüksək və ağappaq necə qalmaq olar deyə.
Günəşə səslən; Hər kəsə işıq necə saçılar deyə.
Küləyə səslən; Necə dəli kimi əsmək olar deyə.
Dağlara səslən; Bu yıxılmazlığınız haradan gəlir deyə.
Quşlara səslən; Azad necə olunar deyə.
Yollara səslən; Bitmədən qalmaq necə deyə.
Ulduzlara səslən; Uzaqdan necə sevilər deyə…
Cansızlarla danışmaq çox gözəldi.
Çünkü onlar sözləri ilə can ağrıtmır əsla.

Sadəcə dinləyirlər;

Boş yerə o qədər sual da vermə.
Çünki hamısının cavabı eynidi sadəcə bunu bil.
Deyərlər ki; ALLAH dan gəlir bizə hər şey…
Səndə dilə sənində olsun.
Və dərk et ki O səninlədirsə… Başqa kimsəyə ehtiyac yoxdu…
O səninlə deyilsə… Bütün dünya səninlə olsa nə fayda…
O zaman ALLAHa qaç…
ONU sev… ONA təbəssüm et.
Yaradılan hər şeyi O yaratdı deyə sev…

O zaman;
Gülümsəməyi yaddan çıxartma;
Gülümsəyərkən də ağlamağı da yaddan çıxartma…
Ağlamadan ALLAHa yaxınlaşa bilmərsən yaddan çıxartma!...
Gülümsəmədən də ağrılarına son qoya bilmərsən bunu da yaddan çıxartma!...

O zaman Gül və ağla...


Tarix: 10.01.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Qadın dünyası
loading...