Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görünməmiş möcüzədir qadınlar

Gəlin bir qadın olaraq düşünək. Bizi nə xoşbəxt edir? Bizə ilham verən, "qanadlarımızı” asanlıqla açıb uça biləcəyimizə səbəb verən nədir? Ucsuz-bucaqsız üfüqlərə baxaraq, ciyərlərimizə havanı rahatlıqla alıb-verməyə kömək olan nədir? Nədir bizə inam verən? Əlimizə aldığımız hər işi bitirə biləcəyimizə inandıran. Nədir? Həyatda hər şeyin (hətta mümkünsüzlərin belə) ola biləcəyinə inandıran nədir? Ümid, arzu, istək və ən əsası sevgi.

Görünməmiş möcüzədir qadınlar
Bu gün qadın varlığından bəhs edəcəyəm. Mümkünsə, qadın olaraq bu məsələyə daha ürəklə yanaşaq.
Hər gün müxtəlif kitab evlərinin qarşısından keçirik. Bir gün o rəflərə nəzər salsaq, müxtəlif ölkənin şair və yazıçıları tərəfindən yazılmış qadınlar haqqında əsərlərə rast gələ bilərik. Bizim varlığımız, yaradılışımız haqqında fərqli dillərdə əsərlər mövcuddur. Hər biri özünə məxsus tərzdə ifadə və təsvir etməyə çalışmışlar. Kiminin yazdığı fikirlə razılaşarsınız, kiminin fikri ilə qəti barışmazsınız. Bəzən isə məhz sizin öz düşündüklərinizin əksini görə bilərsiniz. Əlinizdə tutduğunuz kitabda qadının təsvirində istifadə edilmiş hər bir "cizgi” sanki sizin fikirlərinizin əksi ola bilər. Tarix boyu qadınlar ilham mənbəyi, yazı səbəbi, təsvir mövzusu olmuşlar.

Görünməmiş möcüzədir qadınlar
Elena Roqun "Kişilər və qadınlar” adlı kitabından bəzi fikirlərə nəzərən mətnimizi davam edək.
"Qadın olmaq nə deməkdir? " Bu o deməkdir ki, yanında güclü kişinin olması naminə yetərincə zəyif olmalısan. Gücsüz olmaq qədər ağıllı olmalısan. Enli kürək axtarmaq əvəzinə, geniş qəlb axtarasan. Hesab evliliyi əvəzinə, sevərək ailə qurasan. Qadın xoşbəxt olmağa borcludur. Başqa heç kimə heç nə borclu deyil.

Qadın olmaq- qadın kimi düşünmək, qadın kimi hiss etmək və qadın kimi addım atmaq deməkdir. Baxımlı olmaq, bəzənmək, şıltaqlıq etmək, sevmək, həyat vermək və bağışlamaq deməkdir.

Qadın olmaq-ibadət etmək, səhflərini düzəltmək, aldatmamaq, cəlb etmək deməkdir. Özünə xoş gələcək qədər gözəl olmaq deməkdir. Başqaları tərəfindən qəbul ediləcək qədər istedadlı olmaq deməkdir. Heç pula ehtiyac yoxmuş kimi işləməkdir. Hər günü son gün kimi yaşamaqdır.

Qadına nə lazımdır? "Sevgi” adlı ölkəyə düşmək. Bu ölkədə heç bir əziyyət çəkmədən qeydiyyatda olmaq və hər kəsin səs verdiyi tək namizəd olmaq. Kimsədən asılı olmayaraq ömür sürmək.

Görünməmiş möcüzədir qadınlar
- Biz tamamilə fərqli varlıqlarıq.
- Qadınlar yemək arası danışarlar. Kişilər yemək yediyi zaman.
- Kişi hiylə işlədəndə alçaq olur. Qadın hiylə işlədəndə hiyləgər.
- Boşanmış kişi azaddır. Boşanmış qadın tənhadır.
- Kişilər pulları ilə şəxsiyyətdir. Qadınlar – pulları ilə insan.
- Kişilər yer üzündə hər şeyə gücləri ilə nail olurlar. Qadınlar isə çəkişmələrlə.
- Kişinin xoşbəxtliyini kişilər və qadınlar istəyər. Qadının xoşbəxtliyini yalnız kişilər istəyər.
- Kişilər əlaqəsiz sevgini istəmirlər. Qadınlar isə sevgisiz əlaqəni.
Kişilər fərqli xasiyyətdə "qardaşlardır”. Qadınlar isə pis günün "bacıları”.
- Qadınlarda arzular var. Kişilərdə planlar.
- Qadınlar üçün ən vacibi toyun baş tutmağıdır. Kişilər üçün toydakı qazanc daha vacibdir.
- Qadın yaşını gizlədər, kişi qazancını.
- Kişi gözləri ilə sevər, qadın qulaqları ilə.
- Qadınlar arıqlamağa meyillidirlər. Kişilər əzələ artırmağa.
- Görünməmiş möcüzədir qadınlar

Fərqli olduğumuzu təsdiqləyən çox faktları sadaladıq. Bəs oxşar cəhətlərimiz hansılardır?

Bəli, biz hər birimiz ikinci yarımızı axtarırıq və hər birimiz xoşbəxt ömür yaşamağı arzu edirik. Birimiz gözümüzlə, digərimiz qulaqlarımızla sevsək də hər birimizdə sevgi orqanı -ürəkdir. Hər kəs tərəfindən anlayışla qarşılanmağı, fikirlərimizin hər kəsə aydın olmağını istəyirik.


Tarix: 10.01.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 169 Bölmə: Qadın dünyası
loading...