Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zövqsüz görünməyinizin 10 səbəbi

Evdən çıxarkən son dəfə aynaya baxdıqda çox şıx göründüyünüzü hesab edə bilərsiniz. Bəs həqiqətən elədirmi? Tez-tez rast gəlinən 10 böyük səhv!

Səhv 1. Sadəcə tayt geyinmək.
Bəli, taytlar son illərdə çox dəbdədir. Amma əgər ayaqlarınıza güvənmirsinizsə əsla taytı tək geyinməyin. Onun əvəzinə uzunboğaz çəkmə və uzun kofta ilə kombinləyərək çox zövqlü görünə bilərsiniz.

Səhv 2. Yerinə görə geyinməmək.
Bir partiyə şalvarla və ya açıq hava konsertinə ziyafət paltarıyla getmək sizi gülməli vəziyyətə sala bilər. Bu ən sadə qaydadır.

Səhv 3. Gözəl olsa da ağ çəkmələr.
Hal-hazırda bütün modelyerlər ağ çəkmələrin qadınları bayağılaşdırmaqdan başqa bir şey etmədiyini söyləyirlər. Əgər sizin də belə çəkmələriniz varsa onlarla vidalaşın.

Səhv 4. Bədənlə mütənasib olmayan aksesuarlar.
Əgər artıq çəkilisinizsə kiçik bel çantalarından imtina etməlisiniz. Düzdür, uzun səyahətlər zamanı belə çantalar çox rahatdır. Amma siz geniş çiyin çantalarınızla öz artıq çəkilərinizi gizlədə bilərsiniz.

Səhv 5. Yaşına görə geyinməmək.
Əgər yaşınız 30-dan çoxdursa onda bu kimi bəzi paltarlarınızla vidalaşma vaxtınız çoxdan keçib deməkdir. Çünki bu paltarlar yalnız gənclər üçündür!

Səhv 6. Tək bir aksesuarla şıx görünəcəyini fərz etmək.
Əgər paltarınız üstünüzdən tökülürsə, buna baxmayaraq ayyaqqabı və çantanız trendydirsə özünüzü şıx hesab edə bilməzsiniz. Bəzən başdan-ayağa özənsiz geyinmək bundan yaxşı olar.

Səhv 7. Şişirtmə.
Qış aylarını aylarla qarın ərimədiyi yerlərdə keçirmirsinizsə onda qış botlarına ehtiyacınız yoxdur deməkdir. Havanın tez-tez dəyişdiyi bahar aylarında məqbul paltar geyərək gülməli vəziyyətə düşməkdən xilas ola bilərsiniz.

Səhv 8. Rəngləri uyğunlaşdıra bilməmək.
Bunu çox sevə bilərsiniz, amma əgər bacarmırsınızsa boş verin getsin. Özü də indi bütün modaçılar rəng uyumunun çoxdan dəbdən düşdüyünü deyir.

Səhv 9. Artıq çəkili olduğu halda ağ şalvar geyinmək.
Bu dünyanın ən riskli geyimidir, ona görə də onu geyinməzdən əvvəl 2 dəfə fikirləşmək lazımdır. Öndən çox gözəl görünə bilər. Bəs arxadan?

Səhv 10. Bədənə görə yox, trendlərə görə geyinmək.
Əgər bir "dəb qurbanı" kimi görünmək istəmirsinizsə onda alışveriş zamanı diqqətli olun. Aldığınız hər şeyin ayrı-ayrı bədəninizə uyğun olub-olmadığınına baxın. Arxa hissəsi daşlı şalvarlar çox dəbli olsalar da, unutmayın ki, bu tamamilə formada olan qadınlar üçündür.


Tarix: 07.01.2015 / 16:07 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Qadın dünyası
loading...