Mütəxəssislər apardıqları araşdırmaların nəticələrinə müvafiq olaraq çərşənbə günü 15:30 radələrində qadınların çox yorğun və yaşlı göründüklərini bildirib.
Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir kosmetika firmasının İngiltərə və ABŞ-da yüzlərlə qadının iştirakı ilə apardığı araşdırmada hər 10 qadından biri çərşənbənin həftənin ən stresli günü olduğunu deyib.
Bazar ertəsi axşamı qadınlarda yuxusuzluq problemi yarandığından 48 saat sonra bəzi fəsadlar özünü göstərir. Bu da çərşənbə gününün qadınlar üçün ən ağır olmasını söyləməyə əsas verir.
Araşdırmaların nəticələrinə görə, çərşənbə günü günorta saatlarında qadınlarda enerjinin azalması, işdəki stresin daha da artması və həftə sonunun yorğunluğu müşahidə edilir.
Sorğuya qatılan xanımların 60 faizi isə cümə günü özlərini xoşbəxt hiss etdikərini deyib.
Tarix: 07.01.2015 / 16:29 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Qadın dünyası