Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri əldə saxlamağın 8 üsulu

Kişiləri başa düşmək həqiqətən də çətindir. Çünki onların nə istədiyini, qadından nə gözlədiyini bilmək mürəkkəb bir tapmacanın açmasını tapmağa bənzəyir.

Yaxşı ki, psixoloqlar var. Belə ki, onların uzun illər apardıqları araşdırmalar nəticəsində kişiləri əldə saxlamağın 8 qaydası müəyyən olunub. Siz də bu qaydalara əməl edərək münasibətinizin illərlə davam etməsinə, həyat yoldaşınızın gün keçdikcə sizi daha çox sevməsinə nail ola bilərsiniz.

Onu güldürün
Qadınlar onları güldürən kişiləri çox xoşlayırlar. Eyni qayda kişilər üçün də keçərlidir.
Həyatınızdakı kişini güldürün, onu gündəlik həyatın stressindən xilas edin. Əmin olun ki, kişi xoşbəxt olduğu yeri heç vaxt tərk etməz.

Bağışlayın
Bir-birlərini çox sevən cütlüklər arasında belə müəyyən vaxtlarda dava-dalaş ola bilir. Kiçik dartışmalara görə, bir-birinizin qəlbini qırmayın. Bir dəfə sizdən üzr istəyəndə bağışlayın, söhbəti uzadıb, küsülü qalmayın. Bu kişiləri bezdirir. Ona görə də bağışlamağı bacarın.

Baxımlı olun
Bəzi qadınlar istədikləri kişini əldə etdikdən sonra dəyişilirlər. Əvvəlki cazibədar, baxımlı qadından əsər-əlamət qalmır. Makiyajsız halda, idman paltarları ilə gəzirlər. Əlbəttə sizin də rahat olmağa haqqınız var. Amma unutmayın ki, kişilər baxımlı qadınları sevirlər. Həyat yoldaşınız sizi əvvəl necə görübsə, evləndikdən sonra, evdə də elə görmək istəyəcək. Baxımsız olsanız, onu itirə bilərsiniz.

Dostları ilə yola gedin
Kişilər də, qadınlar kimi dostları ilə vaxt keçirməyi sevirlər. Onların da dostları ilə dərdləşməyə və əylənməyə haqları var.
Münasibətdə olduğunuz kişinin dostları ilə yola gedin, onlarla söhbət edin. Dostlarını evə çağıranda onlarla xoş rəftar edin, daim üzlərinə gülümsəyin.

Azadlıq verin
Həyatınızdakı kişinin daim sizinlə vaxt keçirməsini arzuladığınız təbiidir. Ancaq bu, mümkün deyil. Çünki onun azadlığa ehtiyacı var. Necə ki, siz bəzən ondan ayrı kinoya getmək, rəfiqələrinizlə alış-veriş etmək istəyirsiniz…
Ona görə də, kişiyə azadlıq verməyi bacarın. Sizdən ayrı olanda tez-tez zəng etməyin. Qoyun sizin üçün darıxsın.

İdmanı sevin
Kişilərin futbol xəstəsi olduğunu bilməyən yoxdur. Futbol sevgisi kişilərin zəif nöqtəsidir. Ona görə də, futbolu az da olsa sevməyə çalışın. Onun futbolu seyr etməsinə icazə verin. Hətta siz də onunla birgə oyunları izləyin. Səbriniz çatmasa nəsə bəhanə uydurub, öz otağınıza çəkilə, orada serialları izləyə bilərsiniz. Bir sözlə, nə edirsiniz edin, ancaq həyatınızdakı kişiyə onun sevdiyi idman növündən nifrət etdiyinizi bildirməyin.

Onunla eyni yeməkləri yeyin
Düzdür, kişilər baxımlı və ideal bədən quruluşuna sahib olan qadınları çox bəyənirlər. Ancaq siz çəkinizi qorumaq üçün daim salat yeyirsinizsə və ya həmişə pəhrizdə saxlayırsınızsa, bilin ki, yaxında tərk edilmək riskiniz çoxdur. Çünki kişi kabab yeyərkən qarşısında salat yeyən qadın görmək istəmir. Çalışın arada bir onunla eyni yeməyi yeyin.

Ona yemək bişirin
Hamı bilir ki, kişinin ürəyinə gedən yol, mədəsindən keçir. Kişilər dadlı yemək bişirən qadınları çox sevirlər. Həftədə bir dəfə ona ən çox sevdiyi yeməyi bişirin. Sizdən vaz keçə bilməyəcək.


Tarix: 07.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Qadın dünyası
loading...