Çantanı əldə tutmaq qadının hansı vəziyyətdə olduğunu və psixoloji durumunu büruzə verir. İngilis mütəxəssisi Patti Wood, çanta tutmaq formasına görə, qadınları haqqında maraqlı məlumat verib.
Qolda – bu forma daha çox məşhur insanların müraciət etdiyi formadır. Özünü hamıdan üstün tutan qadınlar çantasını qolunda daşıyır.
Əldə və çiyində — bu qadının çox yorğun olduğunun göstəricisidir. Qadınlar yorğun olan zaman çantanı əldə və çiyində saxlayır. Yaxud da qadının əhvalının yaxşı olmadığını bəlli edə bilər.
Çiyində — geyimlərini yada özünü gizlətmək üçün əli daima çiynində olur və özünü narahat aparır. Belə qadınlar kompleksli olur və özünəinamı az olur.
Portfel – çantanı qayışından sıx tutan qadınlar utancaq və qorunmaya ehtiyacı olan insanlardır.
Qolun altında – çantadan çox içindəkilərə əhəmiyyət verir. Belə qadınlar məqsədə nail olmaq üçün mübarizə aparan qadınları əks etdirir.
Tarix: 10.01.2015 / 11:25 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qadın dünyası