Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toy davası edən qızlar oxusun: əməl edin və ərə gedin!

Uzun müddətdir sevgilinizlə bir-birinizi sevirsiniz və artıq onunla bir ailə qurmaq istəyirsiniz?! Ancaq onu da buna razı salmaq üçün bəzi şeylər etmək lazımdır?! Sevdiyi kişiylə tezliklə ailə qurmaq istəyən xanımlar bu məsləhətlərə əməl etsin.

Elə davranın ki, guya evlilikdən ötrü ürəyiniz getmir. Hər dəfə evlilikdən söz açsanız, onu bu fikirdən uzaqlaşdırmış olarsınız. Siz təzyiq göstərdikcə, özü istəsə belə, geri addımlar atmağa başlayar. Bunun yerinə, nə qədər bir-birinizə yaraşdığınızı xatırladın.

Evlənəndə bunu edərik , onu edərik deməyin. Siz hiss etmədən stressə girib, sizdən uzaqlaşa bilər. Qoyun, o danışsın. Hətta o, bu haqda danışanda, elə davranın guya çox əhəmiyyət vermirsiniz. Ancaq ipin ucunu qaçırtmaq da olmaz. Çox əhəmiyyətsiz davransanız, onu sevmədiyinizi düşünüb uzaqlaşa bilər. Hər kişi müəyyən bir yaşdan sonra evlənmək üçün ciddi münasibət axtarır. Siz də onun ağlındakı ideal qadın olmağa çalışın.

Dostları və ailəsiylə yaxşı davranın. Xüsusən anası haqqında mənfi heç nə deməyin. Anasına qarşı hörmətlə, incə davranın. Bu, onların beynində "ailəmizə layiq bir gəlindir" düşüncəsi yaradacaq.

Onun xoşladığı şeylərdən sizin də xoşunuz gəlirmiş kimi davranın. Birlikdə futbol izləyin. Beləliklə, ona birlikdə nə qədər xoşbəxt bir həyat yaşayacağınızın siqnallarını ötürün.

Çox qısqanc olub, həyatını dözülməz hala gətirməyin. Elə etməyin ki, kişinin ağlında "bu qadınla yaşamaq mümkün olacaqmı?" sualı yaranmasın. Unutmayın ki, kişilər çox sıxılmağı sevməyən varlıqlardır. Bu qaydaları nəzərə alsanız, uzun müddət davam edən sevginizin xoşbəxt ailəylə nəticələnəcəyinə əmin olun.


Tarix: 07.01.2015 / 16:32 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Qadın dünyası
loading...