Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar kişilərdən ağıllı çıxdılar

Qadınların kişilərdən daha ağıllı olduğu sübuta yetirildi. Alimlər Milad araşdırması aparıblar. "Darvin mükafatı: cinslərin səfeh davranışlarda müxtəlifliyi" adlı araşdırma "British Medical Journal" dərgisində dərc edilib.

Alimlər Darvin mükafatının 20 illik dövrünü (1995-2014) əhatə edən laureatlarını araşdırıblar. Məlum olub ki, bu mükafat 90% kişilərə nəsib olub.

Darvin mükafatı hər il daha axmaq şəkildə ölənlərə və intihar edərək insanlığın genofonduna xeyir gətirənlərə verilir. Məqalədə yazılır: "Onlar bu yolla bəşəriyyəti daha bir axmaqdan xilas edirlər".

Alimlər Darvin mükafatının 318 nominantının haqqında öyrəniblər. Laureatların 282 nəfəri (88,7%) kişi, yalnız 36-sı qadın olub.

Araşdırmanın müəlliflərinin sözlərinə görə, səfeh hərəkətlər dedikdə, atılmış addımın qarşılığında heç bir şey əldə olunmayan mənasız risklər nəzərdə tutulur.

Ekspertlər hətta "Səfeh Kişi nəzəriyyəsi"dən (SKN) yazırlar və qeyd edirlər ki, hələ də cinslərin səfeh hərəkətlərinin sistematik analizi aparılmayıb.


Tarix: 07.01.2015 / 16:07 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qadın dünyası
loading...