Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab haqqında gətirilən müxtəlif bəhanələr...

Yalan: Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam.
Cavab: Quranda bu haqda qəti əmir var, məgər bu, səni qanə etmir?

Yalan: Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi dədüşünməliyəm.
Cavab: Gələcək ölümdür, heç onu düşündünmü?

Yalan: Allah məni başı aşıq olsam belə, yenə sevəcək.
Cavab: Səni sevsə də, sənə günahkar qulum deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan

Yalan: Bası örtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir.
Cavab: Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək.

Yalan: Heç gənc yaşda da insan başın örtərmi? Yaşlananda örtərəm.
Cavab: Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?

Yalan: Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm.
Cavab: Əvvəl örtün, sonra bu haqda fikirləşərsən.

Yalan: Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm.
Cavab: Allahın hüzurunda sərbəst ola biləcəksənmi?

Yalan: Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim.
Cavab: Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!

Yalan: Başımın açıq olması məni dindən çıxartmır.
Cavab: Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar.

Yalan: Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq.
Cavab: InşaAllah! Amma tələs. Unutma ki, ölüm gözləmədiyin bir anda səni yaxalayacaq.

Yalan: Məktəb və universitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəlisidir!)
Cavab: Deməli, özünə xidmət etmək istəmirsən

Yalan: Başı örtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər.
Cavab: Sən ört və onlara nümunə ol!.


Tarix: 22.01.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 179 Bölmə: Qadın və Din
loading...