Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrət Zəhra (ə) və hicab məsələsi

Həzrət Musa ibn Cəfər (Ə) atalarından və İmam Əli (ə)-dən rəvayət etmişdir ki, buyurdu: «Kor bir şəxs barədə həzrət Fatimeyi-Zəhra (s) ərz etdi: Atacan, o, məni görməsə də mən kor deyiləm. O, bədənin ətrini duyur. Peyğəmbər (s) buyurur: Şəhadət verirəm ki, sən canımın parasısan.» (Əhməd Rəhmani Həmədani: Fatimətuz-Zəhra «behcətul-qəlbul-Müstəfa», c-4, səh-258.»
Hicri-qəməri tarixi ilə 130-cu ildə dünyadan köçən Əbu Nəim İsfəhani Allahın seçilmiş bəndələrinin vəsfi (tərifi) barədə yazmış «Hilyətul-övliya» və «Təbəqatul-əsfiya» adlı bir neçə cildli kitabında bir fəsli Həzrət Zəhra (ə)-ya məxsus etmişdir. Bu fəslin arasında özünə isnad edərək İmran ibn Hüseyndən belə yazır: «Bir gün Peyğəmbər (s) mənə dedi:
- Mənimlə Fatiməni görməyə gəlmirsən?
- (Dedim) Niyə?
- Birlikdə Fatimənin (ə) evinə getdik. Peyğəmbər (s) içəri daxil olmaq üçün icazə istədi və qızı ona icazə verdi.
- Mənimlə birgə olan şəxslə daxil olum? - deyə Peyğəmbər soruşdu:
- Ata, Allaha and olsun ki, əbadan başqa ayrı bir şeyim yoxdur! - deyə cavab verdi.
- Qızım, özünü o əba ilə belə ört! - deyib örtülməyin göstərişini verdi».
Bu və buna oxşar rəvayətlərdən Həzrət Zəhraye-Mərziyyənin bu rəftarından, hicaba kamil formada riayət etməkdə hicabın əhəmiyyəti, naməhrəmlərdən uzaq gəzmək və Allahın əmrinə itaət etmək istifadə olunur.

Həzrət Fatimə(s.ə) Allahın müqəddəs kitabına, Qurani-kərimin göstərişlərinə uyğun şəkildə bütün vacib işlərdə əməl etməkdə o cümlədən hicaba riayət etməkdə möhkəm bağlı idi. Bu səbəbdən 1-ci xəlifənin əleyhinə «Fədək» barədə tələbini ortaya çıxarmaq məqsədi ilə məscidə getdi. Hər şeydən əvvəl Quran-kərimin şərif və mübarək ayəsinin göstərişinə uyğun «Vəl-yəzribnə bixumurihinnə əla cuyubihinnə» böyük bir məqnəni (şalı) başına saldı, belə ki, bütün başı boynunu sinəsinə qədər örtdü və sonra «Əhzab» surəsinin mübarək ayəsinə uyğun ki, buyurur: «Yudninə əleyhinnə min cəlabibihinnə» böyük bir ərəb çadrasını məqnənin (şalın) üstündən başına atdı və bu formada məscidə getməyə hazırlaşdı. Qohum qadınlardan bir dəstəsi həzrət Zəhranı (s.ə) dövrəyə almışdılar, belə ki, hansı birinin Zəhraye-Mərziyyə olduğu bilinmirdi. Atası Peyğəmbər (s) kimi yeriyirdi. Həzrət Fatimənin (s.ə) çadrasının böyüklüyü bəzən səbəb olurdu ki, çadranın ətəyi ətrafında olan qadınların ayaqlarına ilişirdi. (Seyyid Möhsin Əmin «Əyanuş-şiə» cild 1, səh 315, Darut-təaruf çapı, Beyrut.)

«Vəl-yəzribnə bi xümurihinnə əla cuyubihinna» Gərək sinə və çiyinlərini örtsünlər. Cümləsində bir yaylığı bilmişlər ki, baş və boynun hamısını örtsün və yaylığın böyüklüyü sinəni də tam şəkildə örtsün. «Əhzab» surəsində gəlmiş «Cəlbab» kəlməsi «əba» mənasını (ərəb çadrası) və müşklü çadranı götürmüşdür. Rəvayətlərin məzmunundan da həmin formada hicab əldə edilir.

Bu cür geyim (örtük) Qurani-kərimin mübarək ayələrinə riayət və əməl etmək səbəbindən irəli gəlirdi ki, o əziz xanım «Nur» surəsinin mübarək ayəsinə uyğun məqnə (şal) örtdü və «Əhzab» surəsinin mübarək ayəsinə uyğun olaraq başına çadra saldı.
Əgər həzrət Fatimeyi-Zəhra (s.ə) mömin xanımlara ülgüdürsə İslam aləminin o böyük və əziz xanımının rəftar və davranışı gərək bütün müsəlman qadınlarının xasiyyət və rəftarı üçün meyar və ölçü olsun.

Həzrət Zeynəb (s.ə) və hicab nümunəsi

Həzrət Zəhradan (s.ə) sonra həzrət Zeynəb (s.ə)-in xasiyyəti hicab (örtük) ülgüsü ünvanı ilə bəyan olunur. Yəhya Mazənidən bir rəvayətdə nəql olub ki, «Mən Mədinədə Əli (ə)-ın qonşuluğunda yaşayırdım və həzrət Zeynəbin (ə) sakin olduğu bir evin qonşuluğunda idim. And olsun Allaha şəxsən o xanımı heç vaxt görmədim və ondan bir səs eşitmədim. Babası Peyğəmbərin (s) ziyarətinə getmək istədiyi vaxt, gecə o həzrətin ziyarətinə gedərdi və bu o halda idi ki, qardaşı Həsən (ə) sağ tərəfdən və qardaşı Hüseyn (ə) sol tərəfdən və atası həzrət Əli (ə) isə qarşı tərəfdə hərəkət edirdilər. Peyğəmbərin (s) qəbrinə yaxınlaşdığı vaxt Əli (ə) əvvəl çırağı söndürərdi. Bir dəfə həzrət İmam Həsən (ə) çırağın niyə söndürməsini soruşduqda: «Bacın Zeynəb (ə) bizimlədir. Bəlkə bir naməhrəm onu görsün» deyə cavab buyurmuşlar.

Bu iki əzəmətli xanım, həzrət Fatimə (s.ə) və həzrət Zeynəb (s.ə) mömin qadınlar üçün ülgüdürlər. Mömin qadınların bu iki böyük şəxsiyyətin xasiyyət və davranışlarını öz həyatı üçün nümunə qərar verməsi lazım və vacibdir.
Lakin təəssüflər olsun ki, bu gün İslam düşmənləri müsəlman qadınlarını iffətsiz (həyasız) etmək və fəsadı (pozğunluğu) genişlətmək üçün çoxlu hücum və hay-küylərə əl atmışlar.

Mərcəi təqlid müctəhidlərin hicab barədə rəyləri
Qurani-kərimin mübarək ayələrinə və işarə olunan çoxlu rəvayətlərə və həmçinin Həzrət Zəhra (s.ə) və həzrət Zeynəbi Kübranın (s.ə) əməli rəftar və davranışlarına əsaslanaraq böyük alimlər və mərcəi təqlid müctəhidlər hicabın vacib olmasının fitvasını (hökmünü) vermiş və onun müsəlman qadınlar üçün zəruri və boyunqaçırılmaz bir əmr və göstəriş kimi tanıtmışlar. Onlardan bəzisinə işarə edirik:

1. İmam Xumeyni «Şəri məsələlərin şərhi» risaləsində 587-588-ci səhifələr və 2433 və 2435-ci məsələlərində hicabın vacib olmasına təkid edilmişdir.
2. Ayətullah H.Gülpayeqani, Ayətullah Fazil Lənkərani, Ayətullah Safi Gülpayeqani və Ayətullah Sistani demişlər: «Mömin qadınlara layiq deyildir ki, evdən çadrasız xaric olsunlar».
3. Ayətullah Təbrizi demişdir: «Qadına bədənini örtmək vacibdir və vacib örtüyün ən yaxşı növü həmin məki çadradır ki, mömin qadınlar özünü onunla örtərlər.
4. Ayətullah Xameneyi buyurmuşdur: «Ən yaxşı hicab çadradır. Qara çadrada iradsızdır və kəharəti yoxdur».


Bütün Quran təfsirçiləri o cümlədən, Təbərsi «Məcməul-bəyan» (cild 4, səh 138). Əllamə Təbatəbai «Əl-mizan» da (cild 15, səh 156), «Münhəcüs-sadiqin» kitablarının müəllifləri (cild 6, səh 295). «Ətibul-bəyan» (cild 9, səh 521). «Təqribul-Quran» (cild 18, səh 98). «Höccətut-təfsir» (cild 5, səh 13). «Əbul-fütuh» (cild 14), «Cəvamiul-came» (cild 3, səh 103), «İsna-əşəri» (cild 10, səh 488), «Məxzənul-irfan» (c9, səh 95), «Bəsair», «Nümunə», «Vəhyul-Quran» və ........ «Əhzab» və «Nur» surəsinin 2 mübarək ayələrinin bəyanında hicabın kamil olmasının vacibliyinə təkid etmişlər.


Tarix: 22.01.2015 / 11:23 Müəllif: Aziza Baxılıb: 162 Bölmə: Qadın və Din
loading...