Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab taxmaq günahdır?

Bu gün əziz oxucularımla cəmiyyətdə mövcud olan və çoxlarının diqqətindən kənarda qalan bir problemi bölüşmək istəyirəm. Söhbət Hicabdan gedir. Azad demokratik öklədə yaşamağımıza baxmayaraq, bugün hicablılara qarşı münasibət fərqlidi. Mən buna ayrıseçkilik də deyərdim. Bu ayrıseçkiliyi həm cəmiyyətin hicablılar haqqında düşüncə tərzi, həm də onlara qarşı münasibətində müşahidə etmək olar.

Məsələn, 19 May 2010-cu il tarixdə Heydər Əliyev adına İdman və Konsert kompleksində keçirilən ümumdünya Qida Sənayesi sərgisinin ilk günündə 2 hicablı xanıma sərgiyə girmək qadağan edilmişdir. Nə səbəbə? Məlumdur ki, cəmiyyətdə yazılı və yazılı olmayan qanunlar mövcuddur. Yazılı qanunları pozan qanunla məsuliyyətə cəlb edilir, yazılmayan qanunları pozanlar isə cəmiyyət tərəfindən tənqid edilir.

Məsələn, teatrda geniş kütlə arasında və ya oxu zalında ucadan danışmaq, qışqırmaq; ictimai yerlərdə öpüşmək və s. Bəs hicabda gəzməklə, izahlı desək örtülü gəzməklə bu qanunlardan hansını pozuruq? İnsan özünü örtülü olduğu zaman mənəvi cəhətdən daha rahat hiss edirsə niyə ona mane oluruq?

Mənim rəfiqəm işsizdir. Səbəbi hicablı olmasıdır. Hicab onun işləyib özünü təmin etməsinə mane olur. Bu ədalətlidir? Hicablı xanımları işə götümək istəməyən iş adamları! "Sizin ofisə yaraşıqlı aksesuar lazımdı, yoxsa ki, çalışqan işçi?"

Və yaxud, bəzi insanların geriləmiş təfəkkürünə nəzər salaq...

Rəfiqlərimdən birinin fikrini bölüşmək istəyirəm sizinlə... "X" xanımın fikrincə, hicablılar qəddar olurlar, çünki avtobusda 2 dəfə hicablı xanımın hamilə xanıma və yaşlı qadına yer vermədiyinin şahidi olub. Bu da mənim məntiqli hesab etdiyim rəfiqəmin məntiqsiz fikri... Eləsinə qalsa, bir çox kişilər və hicabsız xanımların adı qara dəftərə, qəddarlar siyahısına düşməlidir.

Başqa bir misal. Bu səhər avtobusda 2 gənc xanım (yaşıdlarım) məni başdan ayağa süzüb istehza ilə gülürdülər. Mən də borclu qalmadım. Qarşılıqlı səmimi gülümsəmə ilə avtobusu düşəcəyim dayanacaqda tərk etdim. Həmin 2 xanımın sual dolu baxışlarını geridə, avtobusda buraxdım...məğrur-məğrur işlədiyim bunaya doğru addımladım...Təbəssüm hələ də üzümü tərk etməmişdi...Axı nə deyəydim onlara?...Onlar məni onsuz da anlamayacaqdılar...Həmin an bir şeyi düşündüm...Hicab mənim seçimimdi...Hər kəs öz seçimində sərbəstdi...


Tarix: 22.01.2015 / 11:23 Müəllif: Aziza Baxılıb: 224 Bölmə: Qadın və Din
loading...