Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının döyülməsi

Allah Təala müəyyən şərtlər daxilində təqdirdə ərin arvadını döyməsinə icazə verib. Bu şərtlər ayələrlə və peyğəmbərimizin (ə) sözləri ilə açıqlanmışdır. Allah Təala belə buyurur:

«Kişilər qadınların başlarında olurlar. Bu, Allahın birinə digərindən artığını verməsi və mallarından xərcləmələri səbəbilədir. Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə ikən özlərini qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə onlara öyüd verin, yataqlarında tək buraxın və onları döyün. Əgər sizə itaət edərlərsə, onlara qarşı başqa bir yol aramayın. Allah ucadır, böyükdür.» (Nisa, 34)Ayənin hissələrinə təkrar baxaq:

I. «Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlardır.» «Boyun əyən qadınlar» mənasına gələn «qaanitaat» kəlməsi aşağıdakı ayədə «qaanituun» şəklində kişilər üçün də işlənmişdir.

«Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, boyun əyən kişilər və boyun əyən qadınlar...» (Əhzab, 35)

«Boyun əyən kişilər və boyun əyən qadınlar» Allaha boyun əyənlərdir. Bir ayə digərini açıqladığı üçün Nisa 34-dəki «boyun əyən qadınlar» da Allaha boyun əyən qadınlar olur. Bu ayəni «Ərinə boyun əyən qadınlar» deyə anlamaq Əhzab 35-dəki kişiləri də «qadınlarına boyun əyən kişilər» deyə anlamağa məcbur edər. Bu da ailə daxili münasibətlərdə qaydaları yoldaşların qoyması olur ki, qarmaqarışıqlığa və özbaşınalığa yol açar. Ər-arvadın Allahın qoyduğu qaydalara əməl etmələri isə, ailənin bütövlüyünü təmin etmiş olur.

ıı. «Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlar» hökmü Allahın o qadınları qoruduğunu göstərir. Allahın qoruması nədir, deyə baxınca qadınlar üçün qoruma divarları qurulduğu görülür. Aşağıdakı ayələr bunlardan bəziləridir:

a - «Qadınlarınızdan fahişəlik edənlərə qarşı içinizdən dörd şahid gətirin, əgər şahidlik edərlərsə, onları evlərdə saxlayın. Bu ölüm canlarını alıncaya, ya da Allah onlara bir yol açıncaya qədər belə getsin.» (Nisa, 15)

b - «İffətli qadınlara zina suçu atan, sonra dörd şahid gətirməyənlərə səksən dəyənək vurun; əbədiyyən onların şahidliyini qəbul etməyin. Onlar yoldan çıxmış kəslərdir.» (Nur, 4)

c - «Arvadlarına zina suçu atan və özlərindən başqa şahidləri olmayanlardan birinin şahidliyi doğru söylədiyinə dair dörd dəfə Allahı şahid tutması ilə olur.

Beşincisində, əgər yalan söyləyirsə Allahın lənətinə düçar olmağı diləyər.

Qadından o əzabı (əl-azab) aparacaq olan bu şəkildə dörd dəfə şahidlik etməsidir: Allah şahiddir, ərim yalan söyləyir.

Beşincisində, əgər doğru söyləyirsə, Allahın qəzəbinə uğramağı diləyir.» (Nur, 6-9)

d - «(Peyğəmbərin qadını haqqında) o yalanı uyduranlar içinizdən bir güruhdur. Bunu özünüz üçün pis sanmayın, o sizin üçün xeyirli olmuşdur. O kəslərdən hər birinə qazandığı günah qarşılığı cəza vardır, içlərindən başçılıq edənə isə böyük bir əzab vardır.

Onu eşitdiyiniz zaman kişi və qadın möminlərin özlərindən hüsnü-zəndə olub da: bu apaçıq bir iftiradır, demələri lazım deyildimi?

Dörd şahid gətirsəydilər? Madam, o şahidləri gətirmədilər, elə isə onlar Allah qatında yalançıdırlar.» (Nur, 11-13)

Görüldüyü kimi zina suçunu isbat üçün dörd şahid şərti və dörd şahid gətirməyənlərin iftiraçı sayılıb cəzalandırılması ilə bağlı hökmlərin hamısı qadınlar üçündür. Bu onların necə qorunduğunu göstərməkdədir. Amma pis qadın bu qorumanı davranışlarına örtük kimi istifadə edə bilər. Bax, Allah Təala, özünün onları qorumasına qarşılıq olaraq onların da təklikdə özlərini qorumalarını istəmişdir. Bu məsələdə kişilərlə bağlı bir qoruma yoxdur. Fiqh kitablarında bu mövzuda kişilərlə bağlı hökmlərin hamısı qadınlarla bağlı hökmlərə qiyaslanaraq olmuşdur.

ııı. «(Nüşuzundan xavf etdiyiniz) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə, onlara öyüd verin...» Nüşuz dik olmaqdır. Torpağın dikəlmiş yerinə nəşz, qadının baş qaldırmasına və gözünü başqasına dikməsinə nüşuz deyilir. Bu ayələrə görə Qurandakı nüşuz gözü başqasına dikmək mənasını verir:

«Mömin kişilərə söylə: Gözlərini çevirsinlər, məhrəm yerlərini qorusunlar...

Mömin qadınlara da söylə: Gözlərini çevirsinlər, iffətlərini qorusunlar...» (Nur, 30-31)

«Əgər qadın ərinin nüşuzundan və ya üz çevirməsindən xavf edərsə aralarında anlaşma etmələrində bir günah yoxdur. Anlaşmaq yaxşıdır. Nəfslər qısqanclığa hazırdır. Əgər yaxşı davranır və özünüzü qoruyursanız bilin ki, Allah etdiyiniz şeyin iç üzünü bilir.» (Nisa, 128)

Xavf: zənnə və ya biliyə dayalı bir əlamətdən dolayı pis gözləmə içində olmaqdır.1 «Nüşuzundan xavf etdiyiniz qadınlara gəlincə...» ayəsindəki xavf də ya zənnə və ya biliyə dayalı qorxudur. Ərinin istəmədiyi bir kişini evə gətirən qadın haqqında zənnə dayalı olaraq onun gözünü başqasına dikməsi qorxusu ortaya çıxar. Bax, bu nöqtədə əri ona öyüd verir, dinləməzsə onu yataqda tək buraxır, yenə dinləməzsə onu döyər. Bu davranışından vaz keçərsə, artıq ona qarşı başqa bir yol axtarmaz.

Əslində Peyğəmbərimiz (s.a.s) əbədi evlənmə yasağı olmayan qadınlarla baş-başa qalmağı yasaqlamışdır. Ütbə bin Əmirin bildirdiyinə görə Allahın Elçisi (ə) belə demişdir: «Nəbadə qadınların yanına girməyin.» Ənsardan biri: «Ey Allahın Elçisi, ərin kişi qohumları barəsində nə deyirsən?» O (ə) dedi: «Ərin qohumu ölüm olur.»2

Onun (ə) bir sözü də belədir: «Nəbadə bir kişi bir qadınla baş-başa qalmasın, yanında məhrəmi varsa başqa.» Bir adam qalxdı və dedi ki, arvadım həcc üçün yola çıxdı. Mən də bu savaş üçün əsgərliyə yazıldım. Rəsulullah (ə) dedi: «Dön və arvadınla birgə həcc et.»3

Biliyə dayalı qorxu ilə bağlı olaraq Peyğəmbərimiz (s.a.s) belə buyurur:

«Qadınlar mövzusunda söz dinləsəniz yaxşı olar, bərabərinizdə özlərini sizin üçün qoruyan kəslərdir.4

Onlar üzərində başqa bir şeyə sahib deyilsiniz, açıq bir fahişəlik etmiş olaraq gələrlərsə başqa. Onu edərlərsə yataqlarında tək buraxın və onları döyün. Əgər sizə boyun əyərlərsə onlara qarşı başqa bir yol axtarmayın. Sizin qadınlarınız üzərində haqqınız, qadınlarınızın sizin üzərinizdə haqqları vardır. Sizin arvadlarınız üzərindəki haqqınız istəmədiyiniz adamlara sərginizi çiynətməmələri, onları evinizə soxmamalarıdır. Baxın, onların sizdəki haqqları onları geyindirmək və yedirtmək halında yaxşı davranmanızdır.»5

Qadın aralarında əbədi evlənmə yasağı olmayan bir kişi ilə baş-başa qala bilməz. Ərinin istəmədiyi bir kəsi evinə alması da yasaqdır. Yoxsa ərinin içinə şübhə düşər, Peyğəmbərimiz (ə) bununla bağlı olaraq belə buyurur:

«Qadınlar haqqında Allahdan qorxun. Onları Allaha əmanət olaraq aldınız. Onlarla cinsi münasibətdə olmanız sizə Allahın əmri ilə halal oldu. Sizin onlar üzərindəki haqqınız, istəmədiyiniz bir adama sərginizi çiynətməmələridir. Əgər belə edərlərsə onları bəlli olmayacaq şəkildə döyün. Onların sizin üzərinizdəki haqları örfə uyğun olaraq onları yedirməyiniz və geyindirmənizdir.»6

«Bəlli olmayacaq şəkildə döymək» zərbə izi olmayacaq şəkildə döyməkdir. Bu qadının çölə qarşı çətin hala düşməsinin qarşısını alır.

Demək arvadının fahişəlik etdiyi açıq bəlli olan ər onu yatağında tək qoymaq və döymək haqqına sahibdir. Ayədə ərin arvadına öyüd verməsindən söz edilərkən hədislərdə bundan bəhs edilməməsi, biliyə dayalı qorxu ilə zənnə dayalı qorxu arasındakı fərqi göstərməkdədir. Baş-başa qalan hər kişi və qadın arasında cinsi münasibətlər olmaya bilər. Bu səbəblə arada bir fərqin olması lazımdır. Hər iki halda da qadın davranışlarını düzəldərsə əri başqa bir yola baş vurmaz. Zinanın təsbiti halında ər hadisəni istəsə örtər, istəsə məhkəməyə verər. Məhkəmədə suçu isbatlasa arvadı bundan dolayı həm etibarını itirər, həm də 100 dəyənək yeyər.

Hadisəni yalnız ər görmüş olur da dörd şahidlə isbat edə bilməzsə məhkəmədə lian olunaraq evliliyə son qoyula bilər. Lianda qadının özünü qorumasına imkan verilir. Amma gərək lian, gərəksə günahın şahidlə isbatı qadın üçün də, ailə üçün də köhnə olur. Bu səbəblə kişi hadisəni məhkəməyə verməyə bilər. Belə zaman arvadını boşaması da uyğun olmaya bilər. Bu halda qadının günahını kimsəyə söyləyə bilməz. Çünki söyləyib dörd şahidlə isbat edə bilməzsə ya iftira cəzasına, ya da lian etmək məcburiyyətində olar. Həm günahın örtülməsi, həm kişinin rahatlanması, həm də qadının cəzasız qalmaması üçün ərin arvadını bir müddət yataqda tək qoymasına və əli ilə onu yüngülvarı döyməsinə izn verilmişdir


Tarix: 22.01.2015 / 11:26 Müəllif: Aziza Baxılıb: 430 Bölmə: Qadın və Din
loading...