Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmar Əhmədov

Həyatı
Əhmədov Şahmar Mehbalı oğlu 1911-ci ildə Qərbi Azərbaycanda, Goycə mahalının, Basarkeçər rayonun Böyük Məzrə kəndində dünyaya gəlmişdir. Ailənin səkkiz övladından birincisi olan Şahmar Sovet hakimiyyəti dövründə açılan məktəblərdən birində təhsil alan ilklərdən olmuşdur.

Təhsili
Atası Mehbalı kişi Şahmarın yazıb-oxumağa böyük həvəsi olduğunu görüb, onu 1926-cı ildə Məzrədə olan ibtidai məktəbə yazdırmışdır. O zamanlar Məzrədə yalnız ibtidai məktəb var idi. Bu səbəbdən də o, 1929-cu ildə Zod kəndində yeddi illik məktəbi oxumuşdur. Onun Zod kəndində bibisi Kövsər yaşayırdı. Atasının məsləhəti ilə 1932-ci ildə məktəbi bitirənə qədər bibisigildə yaşamıdır. Şahmar bibisi Kövsəri heç unutmaz, ömrünün sonuna qədər onu tez-tez xatırlayardı. 1932-ci ildə ordu sıralarına çağrılmışdır. 1934-cü ildə serjant rübətsi ilə ordudan təxris olunan Şahmar Məzrəyə qayıtmış, İrəvan pedoqoji texnikomunda qiyabi təhsil ala-ala, doğma kəndində orta məktəbdə tarix və coğrafiya müəllimi işləmişdi. O zamanlar Basarkeçərdə hüquq mühafizə orqanlarında çalışan gənclərə kəskin ehtiyac var idi. Şahmar da öz savadı və bacarığı ilə seçildiyindən 1938-ci ildə Ermənistan SSRİ Kommunist Partiyasının Basarkeçər Partiya Komitəsi tərəfindən bir il müddətinə Bakıda yerləşən hüquq Azərbaycan Dövlət Universitetində təhsil almağa göndərilir.


Tarix: 09.02.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Qərbi Azərbaycan
loading...