Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəvəxaraba

Dəvəxaraba — Ermənistan Sovet Sosialist Respublikasında kənd. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Dəvəxaraba kəndi də onun tərkibinə qatılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı Avad olaraq dəyişdirilmişdi. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Dəvəxaraba kəndi Kənkan və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Dəvəxaraba kəndi 1967-ci ildə ləğv edilmişdir.

Toponim
Toponim "dağ aşırımı, hündür dağ keçidi", "təpə", mənasında işlənən dəvə (dava/daba) sözü ilə, "dağıdılmış" mənasında işlənən xaraba sözünün birləşməsindən əmələ gəlmişdir, orotoponimdir.

Əhali
1873 - cü ildə 161 nəfər, 1886-cı ildə 305 nəfər, 1897-ci ildə 356 nəfər, 1914 - cü ildə 475 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə kürdlər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kürdlərlə yanaşı 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır.


Tarix: 09.02.2015 / 12:05 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Qərbi Azərbaycan
loading...