Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alagöz rayonu

Alagöz (Ələyəz) - İndiki Ermənistanda inzibati ərazi bölgüsü, rayon.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km2 - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir.

Toponim alagöz türk etnonimi (407, s.120) əsasında əmələ gəlmişdir, Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erməni mənbələrində rayonun adı Araqadz formasında qeyd edilir.


Tarix: 07.02.2015 / 13:22 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Qərbi Azərbaycan
loading...