Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrəti Xədicənin (e) -həyatı

Böyük İslam Peyğəmbəri (s)-in həyat yoldaşı həzrəti Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O islamı qəbul edən ilk qadın idi. Həzrəti Əli (ə) “Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur:
“İslamın əvvəlindəki çətin anlarda, İslam dini Rəsulullah (s)-in, Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim.”
“Nəhcül-bəlağə”, 192-ci xütbə.
O, Həzrəti Peyğəmbər (s) ilə evlənməzdən qabaq iki dəfə, Əbu Halət ibn Zurarə Təmimi və Ətiq ibn Aiz Məxzumi adlı şəxislər ilə ailə həyatı qurmuş və ərlərinin hər ikisi dünyadan getmişdilər. Müasir tədqiqatçıların nəzərincə isə Həzrəti Xədicə (ə) Rəsuli Əkrəm (s) ilə evlənməzdən öncə heç vaxt evli olmayıb.
Xanim Xədicə (ə)-ın əmisi Vərəqə, ərəblər arasından savadlı bir şəxs kimi tanınmışdır. O Tövrat və İncili çoxlu mütailə etdiyi üçün gözəl bilirdi. O, tez-tez deyərdi “Qureyş tayfasından bir nəfər insanları hidayət etmək üçün Allah tərəfindən peyğəmbərliyə seçiləçək və sərvətli bir qadınla ailə həyatı quraçaq.” Həzrəti Xədicə (ə) bir gün yuxuda gördü ki, günəş Məkkənin üzərində dövrə vurub yavaş-yavaş aşağı enərək onun evinə daxil oldu. Xanim Xədicə (ə) öz yuxusunu əmisi Vərəqəyə danışdı. Vərəqə dedi:
-Şöhrəti aləmi bürüyəcək bir kişi ilə ailə həyatı quracaqsan.
“Biharul-ənvar”, 6-cı cild, səh: 104

Həzrəti Xədicə (ə) 40 yaşında ikən Rəsuli Əkrəm (s) ilə (o zaman Peyğəmbər ömrünün 25-ci baharını yaşayırdı) ailə həyatı qurdu. Bu ailədən onun Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ummu Külsum və Fatimeyi Zəhra (s) adlı altı övladı oldu. İki oğlu Qasim və Abdullah uşaq yaşlarında ikən dünyalarını dəyişdilər.
O həzrət çox iffətli və ismətli olduğu üçün cahiliyyət zamanında ona “Tahirə” (ismətli xanim) ləqəbi vermişdilər.
Həzrəti Xədicə (ə) sərvəti ilə Məkkə əhli arasında adla idi. Məkkə xalqı onun sərvətiylə müzaribə yolu ilə alver edərdi. O xanım İslam Peyğəmbəri (s) ilə evləndikdən sonra bütün var-dövlətinin o həzrətin ixtiyarına verdi. Rəsuli Əkrəm (s) də onların hamısını İslamın inkişaf və yoxsul camaatın yolunda xərclədi. Bununla da islam dininin iqtisadiyyatı möhkəmləndi.
Həzrəti Xədicə (ə) “Şəbi Əbi Talib” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Şəbin mühasirəsindən çıxdıqdan bir il sonra (besətin doqquzuncü, ya onuncu ili) Peyğəmbər (s)-in vəfalı sirdaşı Əbu Talibin vəfatından bir neçə gün keçməmişdi ki, dünyasını dəyişdi. İslam Peyğəmbəri (s) həmin ili “Hüzn və qəm-qüssə” ili adlandırdı.
Peyğəmbəri Əkrəm (s) Xədicə (ə)-ın ona göstərdiyi mehribanlıqları və fədakarlıqları heç vaxt unutmurdu. Həmişə onu xatırlayar və salam deyərdi. Həzrət onun haqqda buyurardı:
“Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin...”


Tarix: 03.06.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 733 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...