Biz qadınların hansı hərəkətlərinin kişilərin
xoşuna gəlmədiyini bilirsinizmi?
Ərinmədim, ətrafımda olan kişilərdən “Bir
qızda/qadında xoşunuza gəlməyən
cəhətlər hansılardır?”- deyib soruşdum.
Demək olar ki, hamısı aşağıdakı
xüsusiyyətləri saydılar.
Bəzilərinə çox hirsləndim, “elə bil, siz də
eyni şeyləri eləmirsiz heç?!” deyə içimdə
fikirləşdim. Amma obyektiv olacağıma söz
verdiyim üçün kişilər nə dedilərsə hamısını
yazdım.
Buyurun, kişilərin bizdə xoşları gəlməyən
və hətta bəzən onları dəli edən 50 səbəb.
Oxuyaq və qeydlərimizi alaq.
1. “Danışmalıyıq” sözü ilə başlayan
cümlələriniz (Oğlanların fikrincə, bu cümlə
münasibətlərdə ilk sızıntıların meydana
gəlməsinin siqnalıdır).
2. Necə olur-olsun alış-verişə bir yerdə
getməliyik deməyiniz (Bunu hansı qadın
istəməz ki – sevdiyi insanla bərabər
shopping!)
3. “Səhər yuxudan duran kimi, axşam
yatmamışdan öncə bir-birimizə zəng edək”
deməyiniz.
4. “Səncə, mən gözələm?” və bu tipli suallar
verməyiniz (Həqiqət eşqinə! Hansı kişi sizin
üzünüzə gözəl olmadığınızı deyər?)
5. Dekolte geyib bu şəkildə ətrafdakıların da
xoşuna gəlməyə çalışmağınız
(Unutmamalıyıq ki, kişilər baxmağı sevirlər,
amma öz sevgililərini kiminləsə paylaşmağı
əsla sevmirlər).
6. “Mən sənin tanıdığın o qızlardan deyiləm”
cümləsi (Bu cümləni dediyiniz an siz də “o”
qızlardan olursunuz).
7. Gözəllik salonu və ya alış-veriş verişdə
yaşadığınız detalları onlara danışmağınız (Bu
anda təsəvvür edin ki, onlar da siz futboldan
və ya hansısa avmobilin hansısa detalından
danışırlar… – dözülməzdi deyilmi??? :) )
8. Ondan gül-çiçək almaq üçün ona “hiss
etdirmədən” təzyiq göstərmək.
9. Gözlədilməkdən.
10. Bədbinlikdən (Hər zaman nədənsə
narazıçılıq edən və ya heç bir şeyi
bəyənməyən insanla kim bir yerdə
ünsiyyətdə olmaq istər ki?)
11. Var-dövlət aşiqliyindən (Heç bir kişi onda
qadını cəzb edən amilin pul kisəsi olduğunu
qəbul etmək istəməz).
12. Tez-tez mobil telefonla onu aramağınız.
13. Onun mobil telefonunda axtarışlar
eləməyiniz.
14. Telefonuna zəng və ya mesaj gələndə
“kimdi O?”- deyə soruşmağımız.
15. “Mən sənə demişdim” sözünü
deməyimiz (Onun yerinə “hər şey yaxşı olar,
narahat olma” deməyiniz onları daha çox
sevindirir və sizin qayğınızı hiss edir).
16. Dostlarının yanında ona “aşkım”,
“Canım”, “quzum” kimi adlarla çağırıb ondan
qarşılıq gözləməyiniz.
17. Ürəkdən qəhqəhə çəkərkən qızların
ağzını əlləri ilə örtmələri.
18. Tez-tez keçmiş sevgilərindən danışan
qızlar.
19. Onun keçmiş sevgilisi və ya sevgililəri
haqqında ondan nəsə soruşmağınız (önəmli
olan indi onun sizin yanınızda olmasıdır).
20. Çox yaxın dostunuz olsa belə sevgilinizin
yanında başqa bir oğlan haqqında tez-tez
danışmağınız.
21. Gündəlik həyatda və ümumiyyətlə çox
makiyaj etməyiniz.
22. E-adresi və ya mobil telefonu parollarını
ondan soruşmağınız.
23. Həftə sonları səhər-səhər ona zəng
etməyiniz.
24. Onu ata, qardaş və ya keçmiş sevgilinizlə
müqayisə etməyiniz.
25. Dırnaqlarınızın baxımsız olması.
26. Hər sözə ağlayan, gözü sulu olmağınız.
27. Hadisələri şişirdərək danışmağınız və ya
hadisələrə lazım olduğundan güclü reaksiya
verməyiniz.
28. Lazımsız qısqanclığınız.
29. Onun anası ilə nədəsə yarışmağınız.
30. Onun bacılarını müzakirə etməyiniz (Bu
məsələdə təxmin edə bilməyəcəyiniz qədər
kobud ola bilərlər, ona görə də, aman,
diqqətli olun).
31. “Səncə, bu qız gözəldir?” sualından
(Cavab olaraq “hə” desə qısqanclıq davası,
“xeyir” olarsa, yalan danışmaqda ittiham
olunmağa görə dava çıxar, yəni istənilən
halda mübahisə yaranacaq, ona görə bu
sualı heç vaxt verməyin).
32. “Məni nəyə görə sevirsən?” sualı.
33. Yemək üçün hansısa restorana gedəndə
dietik yeməklər sifariş verməniz və tez-tez
arıqlamalı olduğunuzu deməyiniz.
34. Ona qulaq asmamağınız.
35. Sözünü yarımçıq qoyub söhbəti başqa
bir istiqamətə yönəltməyiniz (Xüsusilə də, bu
əgər saxladığınız dietaya və ya yan masadakı
qızın paltarına aid söhbətdirsə).
36. Tapmaca kimi işarələrlə danışıb, oxu
atıb, yayı gizlətməyiniz.
37. Bürclərdən danışmağınız.
38. Ona “çox şirin görünürsən” deməyiniz
(Onların gözündə “Şirinsən” sözü ancaq
qızlara deyilə bilər).
39. Saçlarıyla oynamağınız.
40. “Soyuq olacaq, əynini bir az qalın elə”
deməyiniz (Bu zaman onda “yanımdakı
sevgilimdir, ya anam” düşüncəsi yaranır).
41. Elədiyi zarafatlara (pis olsa belə) reaksiya
göstərməməyiniz.
42. Ona balaca ayı, ürək şəkli olan nəsə bir
şey və ya buna bənzər hədiyyələr almağınız.
43. Çox seriala baxan qızlar və bunu onlara
danışmağınız.
44. Mobil telefonunuza baxdığınız serialın
mahnısını zənginiz olaraq qoymağınız.
45. Xoşunuz gələn kişi sənətçinin şəkillərini
toplamağınız.
46. Qız dostunla onun yanında pıçıltı ilə
danışmağınız.
47. Telefona cavab verməyəndə ona “Allah
bilir, nə işnən məğul idin ki, telefona cavab
verə bilmirdin”- deməyiniz.
48. Onun telefonlarına cavab verməməyiniz
(47-48-ci maddələr arasındakı ironiyaya
bat
Tarix: 24.03.2013 / 18:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 580 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri