Təravətli və qırışlardan uzaq üz,dolğun dodaqlar,ağappaq dişlər və parlaq saçlar gözəlliyin əsas əlamətləri sayılır.Belə bir zahiri gözəlliyə malik olmaq üçün hansısa plastik əməliyyat keçirmək və yaxud dərmandan istifadə etmək lazım deyil.Zərif çinsin nümayəndələri xüsusi risk tələb etmədən öz gözəlliklərinin ömrünü xeyli uzada bilərlər.
Hamının heyranlıqla izlədiyi Hollivud ulduzlarının botoks və estetik əməliyyat etdirmədən nail olduqları nəticələr bunu deməyə əsas verir.Məşhur insanların gənclik illərindən sonraya daşıdıqları gözəllik sirləri o qədər də əlçatmaz deyil...
Dolğun dodaqlar
Dolğun dodaqlı Hollivud məşhurlarının bunu süni surətdə etdirdiklərini düşünənlər yanılırlar. Nanə ekstraktı dodaqların təbii olaraq dolğun görünməsini təmin edir.
Ağ dişlər
Məşhurların qar kimi ağappaq dişləri qibtə doğurur.Bəs onlar buna necə nail olurlar?
Hollivudun məhşur xanımları çiyələkləri əzərək soda ilə qarışdırır və hazırladıqları həmin məcunla həftədə ən az iki-üç dəfə dişlərini fırçalayırlar. Məcunun konsistensiyası bir az tünd olsa da,dişləri onunla fırçalamaq çox effektli və parlaq maska rolu oynayır.
Ağ eyeliner və ya ağ göz qələmi
Bir çox top modelin də istifadə etdiyi ağ göz qələmi, ya da eyeliner gözlərin daha iri və parlaq görünməsini təmin edir.Gözəl gözlərə və mənalı baxışlara sahib olmaq istəyənlər alt göz qapağının içinə ağ qələm çəkməyi təcrübədən keçirə bilərlər. Qarabasma kimi görünmək istəmədikdə onu göz qapaqlarının xaricinə qətiyyən çəkmək olmaz.
Zeytun yağı
Suya davamlı makiyaj vasitələrinə qarşı məhşur ulduzlar zeytun yağından istifadə edirlər. Həm dərini bəsləyən,həm də üzdə makiyaj buraxmayan bu təbii vasitə gözün altında əmələ gələn qara halqalara da yaxşı təsir göstərir.
Limon suyu
Bir çox top model və Hollivud ulduzları dərini təmizləmək üçün təbii lımon suyundan istifadə edir. Ayrıca, limon suyu eynilə toniklər kimi məsamələrin daralmasını təmin edir.Tətbiqi isə çox sadədir. Dəri toniklə necə silinirsə,həmin qaydada edilir. Yalnız tonik yerinə təzə limon suyundan istifadə etmək lazımdır.
Sətin və ya ipək yastıq
Məşhurların ən maraqlı gözəllik sirlərindən biri də sətin yastıqdan istifadə etmələridir. Xanımlar yuxudan oyanarkən pambıq yastıqlar üzərində iz buraxdıqlarına görə ondan istifadə etmirlər. Bundan başqa, sətin və ya ipək yastıqlar gecələr saçların yastığa sürtünərək zərər görməsinin qarşısını alır.
Tarix: 24.11.2014 / 17:11 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri