Kişilərin fikrincə qadının işləmək üçün olan səbəbləri ev işlərindən qaçmaq, bax mən də pul qazanıram mənə toxunma demək, bəzəyinə daha çox yer ayırmağa səbəb olması, bitmək - tükənmək bilməyən xəyallarının kraliçası olmaq üçün və s. Yaxşı sizcə bir qadın işləməlidirmi?
Mənim cavabının BƏLİ ..
Çünki çalışan qadının iqtisadi azadlığı olar. Mətbəx həyatından hərdən ayrılıb ictimai həyatda baş verənlərdən də xəbəri olar. Xərclərinin hesabını kimsəyə vermək məcburiyyətində qalmaz. İctimai həyatda öz yeri olar. Öz qərarlarını özü verər, işlədiyi sahədə başqalarına faydalı olar və bundan maddi gəlir də əldə edər, həmçinin ev xərclərində ailəyə köməyi olar ki, bu da qadını monoton həyatdan uzaq edər, insana xoşbəxtlik verər. Həmçinin təhsilli ana təhsilli övlad deməkdir. Bunun üçün hər bir qadın təhsilli olmağa çalışmalıdır. İş seçkisində qadınların təhsil səviyyəsi əhəmiyyətlidir. Həmçinin təhsilli bir kişi təhsilsiz bir qadını seçim etməz, çünki quracağı ailənin təməlinin zəif olduğunu görər. Eyni şəkildə təhsilli bir qadın da həyatda bir duruşu olmayan, maddi vəziyyəti inkişaf etməmiş bir kişi ilə evlilik etmək istəməz. Maddi vəziyyətdən məhrum, yalnız 'eşq' duyğusu ilə edilən evliliklərin təməli zəifdir. Çünki eşq kimi ən dərin duyğular belə maddiyyət ilə gözəlləşər, taclanar. Bütün qadınlar sevdiyi birini tapanda əgər "o” varsa mənə pul önəmli deyil, "o” varsa çalışmaq yadıma belə düşməz, ev qadını olmaq daha yaxşıdır deyə düşünər amma... Bəli, həyat müştərəkdir amma hər gün bir kişidən pul istəmək məcburiyyətində qaldıqda, dörd divar, "bozbaş” iyindən bezəndə, övladına dərslərində köməyi bacarmayanda qadın təhsilin, çalışmağın mahiyyətini anlayar.
Digər tərəfdən həm ana həm də işləyən bir qadınsınızsa, uşaqlarınıza ayırdığınız zamanlar qeyri-kafi qalacaq. Bəlkə körpəniz siz eşitmədən ilk sözlərini söyləyərək böyüyəcək, ya da böyüyəndə bunun əskikliyini hiss edəcək. Evdə yemək hazırlamağa vaxtın olmayacaq, yoldaşınız sizdən, həm çöldə işinizi həm də evdə işinizi gözləyəcək
Kişi, 'qısqanıram' deyərək, evlənəcəyi qadının işini istəməyə bilər, halbuki qadınlar da yoldaşlarını qısqanar, qısqanclıq səbəbi ilə qadın da kişinin işini istəməyə bilərmi?
Bir qadın bir kişiyə, bir kişi bir qadına nəslinin davamını təmin edə, bəşəri duyğularını paylaşa, həyatda var ola bilmək, kainatın davamını təmin edə bilmək üçün möhtacdır.
Tarix: 19.05.2013 / 15:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri