Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qocalmağa qoymayan 5 qida

Xəstəliklər bədənin qüvvəsini alır və yaşlanmağa səbəb olur. Buna görə hər şeydən əvvəl düzgün və balanslı qidalanma rejiminə əməl etmək lazımdır. Bəzi qidalar vaxtından əvvəl qocalmağa qoymur, həm də gəncliyin ömrünü uzadır. Sun.az həmin qidaları təqdim edir:

Meşə giləmeyvələri qocalmağa qoymur. Buraya: böyürtkən, moruq, qara üzüm, qaragilə kimi antioksidant tərkibli meyvələr daxildir. Bu meyvələr dərininin təravətini itirməyə qoymur.

Nar qırışların meydana gəlməsinə mane olur. Tərkibindəki C vitamini dərini daha sağlam edir.

Sarımsaq bir çox xəstəliklərdən qoruyan güclü antioksidantdır. Həmçinin bəzi dərmanlardan daha təsirlidir, xolesterolu aşağı salır.

Şokoladın tərkibindəki kakao dərini Günəşin zərərli təsirlərindən qoruyub qan dövranını sürətləndirir.

Avokado meyvəsi E vitamini ilə zəngindir. Bu meyvə şişləri önləyir, dəri üçün sağlam komponentlər saxlayır. Başqa sözlə, dəri gözəlliyinin qeydinə qalır.


Tarix: 24.11.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...