Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaynanayla yola getmə dərsi

Ən sevdiyiniz kişinin ən sevdiyi qadına 'qayınana' deyilir. Bu gerçək bəzi evlərdə problem ola bilər. Təbii sizə verəcəyimiz qızıl təklifləri bilmirsinizsə ...
Qaynananızla yaxşı razılaşmaq və evliliyinizin problemsiz şəkildə dadını çıxarmaq bəzilərinin qorxduğu qədər çətin deyil.
Yoldaşınız, qaynananızla aranızda körpü olsun.
Əgər qaynananızla aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və həyat yoldaşınız sizin nələr hiss etdiyinizi anlamazsa anasını sevmədiyinizi, istəmədiyinizi və səbəbsizcə problem çıxartdığınızı düşünə bilər. Onunla düşüncələrinizi və yaşadıqlarınızı paylaşın, amma unutmayın danışdığınız adam yoldaşınızın anasıdır. Bu səbəblə seçdiyin cümlələrə və demək tərzinizə diqqət edin!
Empati qurmağı unutmayın!
Yoldaşınıza, öz ananız haqqında nələr düşündüyünü soruşun. Əgər hər ikiniz də duyğu və düşüncələrinizi paylaşırsanız bir-birinizə qarşı daha dürüst bir şəkildə fikirlərinizi söyləyərsiniz. Onun da sizin ananızın nifrət edərkən səbr etdiyini bu danışma içində öyrəndiyinizdə, yoldaşınızın nə qədər səbrli və bir o qədər də yaxşı bir oyunçu olduğunu fərq edə bilərsiniz. Ailə içində duyğularınızı bu şəkildə saxlamaq bəzən hadisələri böyütməmək üçün yaxşı ola bilir.
Onun sizdən böyük olduğunu və hörmət göstərməyi unutmayın!
Ona bir az zaman tanıyın. Onun hər normal insan kimi problemlərinin olduğunu, bəlkə də yaşadığı hadisələrin bir əks olunması olaraq bu şəkildə əks davrana biləcəyini göz qarşısında saxlanın. Davamlı bir şeylərdən şikayətçi olan bir qayınanan varsa və siz bu vəziyyətdən ona kobud və hörmətsiz davranmamaq adına hirsinizi ondan çıxarmadığınız zaman yoldaşınızın həyatını yaşanmaz hala gətirirsə bu vəziyyətdə olan sizin evliliyinizə ola bilər, çox diqqətli olun.
Onu həqiqətən tanımağa çalışdınızmı?
Onunla keyfiyyətli vaxt keçirməyə və onu daha yaxından tanımağa çalışın. Sizə qarşı rəftarlarına, etdiyi davranışlara əsəbiləşib, heç bir şey söyləmədən yoldaşınıza şikayət etməyin. Onunla əlaqədar çətinliklərinizi birbaşa ona deyin və nə qədər kədərləndiyinizi müəyyən edin. Niyə bu şəkildə davrandığını, problemlərini, kədərlərini danışmağa və anlamağa çalışın.
Ona hədiyyələr verin!
Bütün qadınlar hədiyyə almağı çox sevir. Ad günlərində, yeni ildə, ildönümlərində, analar günündə ... Bəlkə də qaynananızla yaşadığınız çətinliklərdən, ona aldığınız bir hədiyyə sayəsində xilas olacaqsınız. Məsələn ona doğum günündə yoldaşınızla birlikdə aldığınız hədiyyə xaricində, həqiqətən ehtiyacı olan çox xüsusi bir hədiyyə alsanız özünü xüsusi və qiymətli hiss edəcək və sizin ona həqiqətən dəyər verdiyinizi düşünəcək.
Səbr edin, hirsinizə hakim olmağa çalışın!
Unutmayın o sizin yoldaşınızın anasıdır, analar isə hər kəsin həyatında əhəmiyyətlidir. Məsələn yoldaşınız həftə sonu ailə tərəfindən onu görməyə getməyi istədiyində etiraz etməyin və qəzəblənməyin. Ziyarətə getdiyinizdə həftə sonunu orada keçirdiyinizə görə hirslənib bunu qaynananıza büruzə versəniz sizdən daha da nifrət etməsinə səbəb olarsınız.


Tarix: 12.06.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...