Sinə böyütmə üçün implantlar (içi silikonlu və ya zərdab dolu mayelər) sinə toxumasının içinə yerləşdirilir. Şübhəsiz, hər cərrahi əməliyyatda olduğu kimi, sinə böyütmə əməliyyatını da ağırlaşdıran və risklər yaradan bəzi məqamları var.
Tibbin inkişafı ilə əlaqədar tromboz (laxta ilə damar tıxanması) və iltihab riski minimuma endirilib. Bəzi hallarda implantasiya ətrafındakı bağ toxumasında artım və sərtləşmə olur, bu proses implantı sıxmağa başlayır, döş əzələsini sərtləşdirir və sinənin şəklini dəyişdirir. Belə vəziyyətdə implantın alınması lazımdır. Yol qəzaları və ya döşlərə dəyən ağır zərbələr nəticəsində implantın kapsulu yırtıla bilər. Bu vəziyyətdə implantın jelatin konsistensiyalı silikon tərkibinin əməliyyatla götürülməsi və yeni implant qoyulması lazımdır.
İmplantın ən əhəmiyyətli riski mamoqrafiya təhlillərinin qiymətləndirilməsini çətinləşdirməsidir. İmplant döş toxumasının dəqiq görülməsinə mane ola və xərçəngin inkişafının nəzərdən qaçmasına səbəb ola bilər.
Tibbin inkişafı təbii maddələrlə sinə böyüdən, heç bir riski olmayan, əməliyyatsız bir müalicə variantı ortaya çıxarıb. Qadında hormon metabolizmində tarazlayıcı təsirindən dolayı uzun illərdir istifadə olunan və mənfi təsiri olmayan 8 bitkinin sinə böyütməkdə də faydası aşkarlanıb. Bu bitkilərin uyğun kompozisiyası ilə əldə edilən preparat bu gün sinə böyütmək üçün uğurla istifadə edilir.
Kaliforniya Bredford Tədqiqat İnstitunun professoru doktor Robert Bradfordun araşdırmasına görə, bu bitki mənşəli qarışıqla 9 ay ərzində 82% qadının döşlərində 7,5 santimetr artım olub. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, eyni preparat menstruasiya dövrü gərginliyini də azaldır. Bitki mənşəli kompozisiya damiana, mələk otu (dişi jenşen), oğul odu, aslan quyruğu, bostan otu, mişar palması, yam kökü, quru armud bitkilərinin qarışığını əhatə edir.
Bu bitkiləri bir-bir tədqiq etdikdə isə nə işə yaradığını belə açıqlaya bilərik:
Aslan quyruğu: Çayı illərdir ki, ürək problemləri və qadın xəstəliklərinin müalicəsində geniş istifadə edilir.
Damiana: Xüsusilə afrodizyak kimi tanınır. Hazırda qadın xəstəliklərində istifadə edilən bitkilər arasında birinci yerdə dayanır.
Bostan otu: Çox qədim illərdə sarılıq, böyrək və mədə xəstəliklərində, miqren problemlərində istifadə olunurdu. Uzun illərdir qadın xəstəliklərində də istifadə edilir.
Oğul odu: Antimikrob xüsusiyyəti vardır. Narahatlıq, qorxu və yara sağalmasında istifadə edilir. Əzələ ağrılarını da aradan qaldırır.
Mişar palması: Çox sayda sağlamlıq problemlərində istifadə edilir. Kişilərdə prostat problemlərində, sonsuzluq, iqtidarsızlıq və gücsüzlük üçün istifadə edilir. Bu faydalı bitki qadında da bir sıra müalicə imkanları yaradır. Döş vəzilərinin inkişafına səbəb olur.
Yam kökü: Meksikada qədim illərdə Chiapas qəbiləsi qadınların doğuşu zamanı bu bitkidən istifadə edirdi. Qadınlarda hormon istehsalının xəbərdaredici təsiri var və sinəni böyüdür.
Mələk otu: Qadın xəstəliklərində geniş istifadə edilir. Qan dövranı pozğunluğu, qəbizlik, diabet və xərçəngdə də istifadə edilir. Qadında hormonlara, metabolizmə təsir göstərir.
Qara armud: Ən mühüm təsiri qaraciyər üzərindədir. Öd axınını tənzimləyir. Hindistanda qaraciyər xəstəliklərində tez-tez istifadə edilir. Vitamin və mineralların zəngin mənbəyidir. Avropada salat kimi yeyilir. Zərərli kimyəvi dərmanlara, operativ müdaxilələrə və implantlara qarşı təbii alternativ olub, gözəl döşlərə sahib olmaq üçün ideal bir üsuldur. Kapsul 6 ay ərzində gündə 2 dəfə 3 kapsul qəbul edilir. Təsiri artırmaq üçün kremləri ilə birlikdə istifadə edilə bilər. Daha sonra 3- 4 aydan bir 2-3 həftə müddətinə qəbul edilməlidir.
Tarix: 22.11.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri