Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam". Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. «Allah bilir nə hoqqa çıxartdı yenə» — deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir — birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :
-Ay bala, məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.
— Mebeli düzəldirəm, ana, sınıb.
Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.
— Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!
— Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.
Ana haldan düşmüşdü. Günün başa çatmasını arzulayırdı ki, uşaq yatsın, o da bir az dincəlsin. Gün ərzində nə qədər karvalol içərlər. Bir azdan rəfiqəsi onlara gəldi. Ana onu görcək dərdi açıldı.:
-Mən bunu gərək doğmazdım. 10 il ömrüm vardısa 5 il oldu. Həyatımı məhv edib, insan kimi yaşaya bilmirəm.
— Düzələr, elə demə, bizimki də elə idi.
— Hara düzəlir, 4 yaşın içindədi. Qozbeli qəbir düzəldər, bunun öhdəsindən qəbir də gəlməz.
Qonaq gələndən sonra uşaq özünü lap pis aparmağa başladı. İndi divanın başına çıxır və oradan da döşəməyə tullanırdı.
— Çətin uşaqdı, bir az döz, gələn il bir az böyüyər, yaxşı olar, inşallah.
— Demək asandı, bunu doğduğuma peşmanam.
Axşam oldu. Uşağı yatağına apardı:
— Tez ol, yat.
Uşaq:
— Ana, mənə nağıl danış. De «Canavar» nağılını.
— Nə nağıl, yat görüm, yorulmuşam, yatmağı da zülümdü, ay Allah.
Uşaq yatdı. " Şükür Allaha" — deyə düşündü." Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim"
Səhər uşaq yuxudan gec durdu. Ana yaxınlaşdı:
-Niyə durmursan?
— Yorulmuşam.
-İndi ki, oyandın? — ana fərqinə varmadı.
Gördü ki, uşaq yerindən tərpənmir. «Bu nədir?»- fikirləşərək çarpayıya yaxınlaşdı. Uşaq od tutub yanırdı. «Ola bilməz.» — ana səsləndi. Hərarəti 39 yarım idi. Nə lazım idisə elədi. Həkimi evə çağırdı. Boğazı qıpqırmızı idi. Həkim resept yazdı. Gün ərzində uşaq yataqdan durmadı. Ev üstünə gəlirdi. Sükütdan boğulurdu. " Bu nə səssizlikdi? Istəmirəm belə. Qoy balam səs — küy eləsin, dəcəllik etsin, amma belə hərəkətsiz uzanmasın" — o hıçqırmağa başladı. Çarpayıya yaxınlaşdı:
— Niyə ağlayırsan, ana.
— Ağlamıram, canın çoxmu ağrayır.
— Sümüklərim ağrayır. Ana, mənə " Canavar " nağılını danış.
Bu sözləri eşitcək, ana lap kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Dünən balasının xahişini yerə salmışdı, onun haqqında rəfiqəsinə nələr deməmişdi. Bəlkə " Onu doğduğuma peşmanam " — dediyinə Allah onu cəzalandırmışdı. Bu fikirlər onu qorxutdu. «Hər şeyə dözərəm, cəhənnəm olsun bu mebel, bu ev — eşik, onları birdə ala bilərəm, balama heç nə olmasın. » — deyə düşünərək, oğlu qorxmasın deyə tez özünü ələ aldı və " Canavar" nağılını danışmağa başladı. Balası yatdı, o necə də məsum idi. Birdən dünənki sözləri xatırladı. :" Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim" — " Görürsən,Allah adama necə səbir verir " — deyə düşündü.
Tarix: 09.06.2013 / 19:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri