Amerikanın Women's Health jurnalı, Sandra Bullock, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları araşdırıb. Siyahıda
6 qızıl qida yer alıb.
Beləliklə, dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidalar bunlardır:
1 - Somon balığı: Bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və Günəş şüalarının zərərləri təsirindən qoruyur.
2 - Kök: Yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin PH dərəcəsini (turşuluq miqdarı) nizamlayır və bakteriyalardan qoruyur.
3 - Avokado: Zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.
4 - Paxla: Antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.
5 - Üzüm: Üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.
6 - Su: Dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.
Bundan əlavə, müxtəlif növ meyvə və tərəvəzlərdən mövsümündə və lazımi miqdarda istifadə etməyi bacarmaq nəinki cildə, bütünlüklə sağlamlığa xeyirlidir.
Tarix: 27.06.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri