Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç kremləri haqqında doğru və səhv bildiklərimiz

Şampundan sonra istifadə edilən saça qulluq kremləri həm saçların qarışmasının qarşısını alır, həm də saç tellərinə güc qazandırır. Bununla yanaşı, saç kremləri haqqında doğru və səhv bildiklərimiz də var.

Sizlərə saç kremləriylə əlaqədar doğru bildiyimiz səhvlərdən bir neçəsini təqdim edirəm:

Səhv: 2-si birində şampun istifadə edirsinizsə, saç kremindən istifadə etməyə ehtiyac yoxdur.

Doğru: Şampun saçı, saçdakı yağı və tozu təmizləmək üçün yaradılmışdır. Saç kreminin sahib olduğu qədər qidalandırma və qoruma xüsusiyyətlərinə sahib deyil.

Bu səbəblə yalnız şampundan istifadə etmək saçın nizamlı baxımı üçün yetərli deyil.

Səhv: Saç kremi saçları tökər.

Doğru: Əvvəlcə hər gün 100 tük qədər saç itkisinin normal olduğunu bilmək lazımdır. Ancaq saç kremi istifadəsiylə bunda bir təhlükə yaratmadığı elmi olaraq sübut edilmişdir.

Səhv: Saç kremi kəpək yaradar və saç dərisini qaşındırar.

Doğru: Dərinin yenilənmə müddətində ölü dəri hüceyrələrinin normaldan daha sürətli və böyük hissələr halında tökülməsinə kəpək deyilir. Saç kremi istifadəsinin buna gətirib çıxarmadığı yenə elmi olaraq sübut edilmişdir.

Səhv: Şampundan sonra həmişə saç kremindən istifadə etmək saça zərər verər.

Doğru: Əksinə, saç kremi saç üzərində qoruyucu təbəqə meydana gətirərək saçı bəsləyər, qoruyar və gələcək təhlükələrə qarşı qoruyar.


Tarix: 22.11.2014 / 14:28 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...