Hər zaman gənc görünən Yapon qadınlarının bəslənmə və həyat tərzləri bir kitabda toplandı.
Gənc və zəif qalmanın sirlərini ‘Yapon Qadınları Nə Yaşlanar Nə kökələr’ adlı kitabda yığan Yapon yazar, xüsusilə süd, yaşıl çay və balıq təklif edir
“Yapon Qadınları Nə Yaşlanar Nə kökələr” adlı kitabıyla ən çox satanlar siyahısında üst sıralara çıxan Naomi Moriyama, Yapon qadınlarının gənc və zəif qalmalarının sirlərini açıqlayır Balıq, düyü, tərəvəz və meyvənin Yapon mətbəxində əhəmiyyətli bir yer tutduğunu söyləyən Moriyama, Yapon ənənələrinin də qadınların sağlamlığına müsbət təsiri olduğunu qarşıya qoyur
Yapon qadınlarının yaşlanmama sirləri:
- Gənc qalmaq üçün südü içmək əhəmiyyətli bir faktor
- Yaşıl çay, yaşlanmağı təxirə salır Çünki yüksək nisbətdə antioksidan ehtiva edir Yaşıl çay, dərini dolğunlaşdırır və bədəndəki qırışıqlıqların qarşısını alır
- Yapon qadınlarının təxminən yüzdə 10u siqaret çəkir, işlənmiş şəkər istehlakı da olduqca aşağı Şəkər sızanağa yol aça bilir
- Dərilərində “melanin” pigmentinin nisbəti olduqca yüksək olan Yapon qadınların üzlərində ortaya çıxan ləkələr ağ irqə görə daha tünd olur və buna görə Yapon qadınları kiçiklikdən etibarən günəşdən qorunur Beləliklə günəşin zərərli ultrabənövşəyi şüalarının təsirindən qorunur
- İsti havalarda kondisioner və soyuq havalarda qızdırıcı çox az istifadə edən Yaponlar, iş yerlərində daha rahat geyinməyə icazə verərək mənfi hava şərtlərinə asanca adaptasiya olurlar, hava şərtlərini dəyişdirməyə çalışmırlar
- Olduqca sıx və nizamlı olaraq nəmləndirici istifadə edirlər
- Yapon mədəniyyətində üz masajı çox əhəmiyyətli bir yer təşkil edir Mütəxəssislər, üz masajının qan dövranını sürətləndirdiyini ifadə edir
Tarix: 18.05.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri