Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diskotekaya gedən qızlar

Şəhərimizdəki diskoteka və barların sayı günü gündən artmaqdadır. Xaricdəki disko clubların funksiyası gəncləri əyləndirmək, sevdikləri musiqi sədaları altında rəqs etmələri üçün onlara imkan yaratmaqdır. Bəs görəsən xarici ölkələrdən fərqli olaraq Azərbaycandakı dikotekalrın nə kimi funksiyaları, xidmətləri var?

Bildiyimiz kimi Azərbaycanda diskotekalarda qızların aktivlik tempi yüksəkdir. Bəs görəsən ora gedən qızlara digərləri hansı gözlə baxır?

Azərbaycan kimi yerdə diskotekaya gedən qızlar haqqında deyilən mənfi fikirləri geridə qalmışlıq kimi yox, İslamçı mədəniyyət ilə əlaqələndirmək olar. İslam mədəniyyətinin inkişaf etdiyi bir ölkədə diskotekaya gedən qızlara yaxşı baxılmaması normal bir haldır.

Əlbəttə bu diskotekaya gedən qızların öz şəxsi işləridir. Bəs digərləri? Bəs ətraf mühüt? Onlardan bəziləri bunu normal, bəziləri isə heç də yaxşı qarşılamırlar. Elə isə diskotekaya gedən qızlara normal baxıram deyən oğlanlar niyə elə qızlarla ailə qurmurlar? Əgər hansısa oğlan bilsə ki, bəyəndiyi qız diskotekalarda olub hamımız bilirik ki, o qızla ailə qurmağı özünə sığışdırmaz. Elə isə bəs niyə bəzi oğlanlar deyirlər ki, diskotekalara, partylərə gedən qızlara normal baxıram? Və ya əminliklə demək olar ki, heç bir oğlan gedib diskotekadan qız tapıb evlənməz. Təbii ki, bəzi hallar istisnadır.

Diskotekaya normal baxan qızlar.
Bəs o qızlar niyə diskotekaya getdiklərini evdəkilərdən gizlədirlər? Və ya gələcək sevgilisi, həyat yoldaşına bu haqda bir kəlmə də olsun söz demirlər. Görəsən niyə? Əgər bunu normal qəbul edirlərsə niyə o zaman ora getməyi qardaşından, atasında və ya yaxınlarından gizlədirlər?Demək diskotekata getmək heç də normal hal deyildir.

Bildiyiniz kimi bir sıra informasiya mənbələrinin araşdırmasına görə Azərbaycan kimi yerdə diskoteka və bar anlayışları eynidir və hər ikisində də eyni xidmətlər olur, eyni hadislər baş verir və hər ikisində də əxlaqsızlıq mövcuddur. Elə isə bu cür yerdə qızların nə işi var? Və ya ora gedən oğlanların əksəriyyəti, bəlkə də hamısının məqsədi qızlara ilişmək, qızlarla tanış olmaqdır. Bunu hər kəs bilir. Bəs elə isə qızlar bunları bildiyi halda niyə həmən məkanlara üz tuturlar?


Tarix: 15.06.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...