Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

 Ən məşhur 5 gözəllik sirri...

1. Çay gözdəki şişkinlikləri dərhal aparır. Yorğun gözlərinizə tətbiq etdiyiniz rahatladıcı çay kompresi özünüzü daha yaxşı hiss etməyinizə kömək edər.

Məsləhət: İki ədəd çay paketinin üzərinə isti su əlavə edin və bir qədər dəmlənməsini gözləyin. Soyuduqdan sonra gözlərinizin üzərinə qoyub beş dəqiqə gözləyin.

2. Saçları gündə yüz dəfə daramaq onları daha sağlam və parlaq etməyir. Saçlarınız müntəzəm olaraq darandıqda daha sağlam olacaq deyə bir qayda yoxdur. Üstəlik aşağı keyfiyyətli fırçalar saç uclarının qırılmasına səbəb olur.

Məsləhət: Saçlarınızı daradıqdan sonra barmaq uclarınızla saç dərinizi masaj edin. Belə olarsa, qan dövranınız sürətlənər və saç kökləriniz daha çox qidalanar.

3. Kök yemək dərini günəş yanığına qarşı qoruyur. Kök yeyərək günəşin zərərli şüalarından qorunmaq mümkün deyil. Günəşdən zərər görməmək üçün günəş şüalarından lazım olan qədər yararlanmalı və yüksək qorunma faktorlu günəşdən qorunma məhsulları istifadə etməlisiniz.

Məsləhət: Kök tək başına kifayət etməsə də, günəşdən qorunma məhsulları ilə birlikdə istifadə edildikdə daha yaxşı nəticələr verir. Çünki kökdəki "beta-karoten” dərinin tündləşməsini sürətləndirir.

4. Limon suyu çilləri aradan qaldırmaz. Limon suyu onsuz da incə olan dərinizi aşındırar. Üzünüzdə çillər varsa, yüksək qoruma faktoruna sahib olan günəşdən qorunma məhsulları istifadə edə bilərsiniz.

Məsləhət: Limon suyunu diz və dirsəklərinizdəki sərtləşmiş bölgələri yumşatmaq üçün istifadə edə bilərsiniz.

5. Selülitə qarşı qəhvə için. Qəhvə iki tərəfi iti bıçağa bənzəyir. Həddindən artıq içdiyiniz təqdirdə dəriniz portağal qabığı görüntüsü verər. Digər tərəfdən, selülitin qarşısını alan kremlərin çoxunda olan kafein zərərli maddələri bədənimizin problemli sahələrindən atar və belə cansıxıcı görüntüdən də xilas olmağınıza kömək edər.

Məsləhət: Qəbul etdiyiniz qəhvə gündə iki fincandan artıq olmamalıdır. Mütəxəssislər çox istifadə edildiyi təqdirdə selülitə səbəb olacağını söyləyirlər.


Tarix: 22.11.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...