Yeni ilin gəlməsinə təxminən bir ay qalsa da, indidən bayram hazırlıqları başlayıb. Hətta bəzi xanımlar bayram üçün indidən geyim hazırlığı görüb. Lakin geyimlə yanaşı makiyaja bir o qədər fikir vermək lazımdır. 2013-cü il Yeni ildə hansı makiyajların dəbdə olacağını bilmirsinizsə, aşağıdakı məsləhətləri diqqətlə oxuyun.
Göz kölgələri
Əvvəlcə üzünüzü yaxşıca yuyun. Sonra isə dəri rənginizə uyğun olan tonal krem çəkin. Makiyaja gözlərdən başlamaq lazımdır. Metal və qəhvəyi tonları göz kölgələrindən istifadə edə bilərsiniz. Artıq yerləri isə pambıqla astaca silə bilərsiniz.
Diqqət çəkən gözlər
Gözün üstünü və altını eyni rəngdə olan qələmlə və ya ağ rəngli kölgələrlə daha gözə çarpan edə bilərsiniz. Gözün kənar hissələrinə isə narıncı tonlarda göz kölgələri çəkə bilərsiniz.
Kirpiklər
Kirpiklərinizin uzun görünməyini isəyirsinizsə, ilk olaraq onları fırçalayın. Qalın görünməyi üçün kirpilərə bir az ənlik də çəkə bilərsiniz. Tuşu isə kirpiklərin diblərindən başlayıb yuxarıya doğru çəkin.
Dodaqlar
2013-cü ilin əsas rəngi qırmızı sayılır. Bu dodaq boyalarına da aiddir. Bayram əhval-ruhiyyəsi yaratmaq istəyirsinizsə, qırmızının tünd tonlarını seçin. Zoğalı dodaq qələmini dodaqların kənarlara çəkin. Üstündən isə dodaq parıltısı çəkib fırça ilə yaya bilərsiniz. Dodaq parıltısı mümkün qədər az və ehtimallı şəkildə çəkin. Çünki həddindən artıq parıltılı dodaqlar qadını kobud göstərir.
Tarix: 11.06.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri