Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər oxumasın...

EQOİSTLİK

Kişilər hər zaman əmindirlər ki, dünya onlara məxsusdur. Qadınlar isə istəsələr də, istəməsələr də onun ardınca dünyanın istənilən nöqtəsinə getməlidirlər. Onların özlərinə olan məhəbbəti o qədər güclüdür ki, evdə digər sakinin dünyaya gəlməsi dərhal onlarda tənhalıq hissinin oyanmasına səbəb olur. Ən əsası isə onların həyat devizi var: Birincisi kimdir? Bu da eqoistliyin bir təcəssümüdür.

HƏYAT YOLDAŞININ ONUN QOHUM VƏ DOSTLARINA OLAN DİQQƏTSİZLİYİ

Əslində onlar özlərini həmişə həyatı ən çox anlayan bir varlıq kimi göstərirlər. Və tez-tez “Sənin ananın (bacının, rəfiqənin) həyatdan nə başı çıxır?” sualını işlədir. Əlbəttə ki, inciyib öz qohumlarının heç də onunkulardan geri qalmadığını sübut edə bilərsən. Amma boş yerə əsəbləşməyə dəyməz. Və belə anlarda “O necə olursa-olsun, mən onu sevirəm”-deyin. Yox, əgər hər hansı bir qohumunuzun ad günündə sizi müşayiət etməkdən imtina edirsə, heç də kefinizi pozmayın. Siz o olmadan belə əla vaxt keçirə bilərsiniz.

FUTBOLU YÜKSƏK SƏSLƏ İZLƏMƏK

Futbol – bir çox kişilərin imtina edə bilmədikləri oyundur. Hətta bu, onlar üçün o qədər əhəmiyyətlidir ki, onu izləyərkən televizoru ən yüksək səsə qoyub evdə yatan uşağa və sakitlik istəyən insanlara belə məhəl qoymurlar. Bu zaman, mümkündürsə, onlara heç bir sualla müraciət etməyin. Əgər belə bir halla qarşılaşmaq təhlükəsi varsa, imkan daxilində evə 2 ədəd televizor alın.

TƏNBƏLLİK

Evdə nəyin harada yerləşməsini nədənsə qadınlar bilməlidir. Bu da o deməkdir ki, azərbaycanlı xanım həddən artıq evdar olmalıdır. Və atılan əşyanı tapmaq mütləq sizin üzərinizə düşür. Hətta axşam yatarkən çıxardığı corabın itkin düşmüş bir tayını axtarmaq da qadının boynuna düşür. Bundan çıxış yolu yəqin ki, evdə ayrıca bir şkaf qoyub oranı da ona təhvil verməkdir. Hər halda bu yol sizi əziyyətdən xilas edəcək.

İŞ HƏR ŞEYDƏN VACİBDİR

Bu inam onların çatışmayan cəhətlərindən biridir. Onlar düşünürlər ki, onların işlərindən vacib və əhəmiyyətli dünyada heç nə yoxdur və ola da bilməz. Çalışın, heç vaxt özünüz və onun işi arasında seçim qoymayasınız. Özünüzə dəyər verməyi bacarın.

ONLAR HAMIDAN BACARIQLIDIRLAR?

Əslində kişilər məsləhət görmədikləri şeyə “Sən bacarmazsan” deyirlər. Amma yaddan çıxarmayın ki, qadın böyük qüvvədir və əgər istəsə, arzusunu reallaşdıra bilər. Məsələn, avtomobil sürmək istəyirsiniz və ondan sizi öyrətməyinizi xahiş edirsiniz. O isə bunu arzulamadığı üçün təbii ki, sizin bacarmayacağınızı söyləyir. Unutmayın, kişiləri fikirlərindən daşındırmaq daha asandır!

CƏMİYYƏTDƏ SİZƏ QARŞI DAVRANIŞ

Cəmiyyət içində kişi və qadın bir-birilərinə irad tutursa, bu, xoşagəlməz haldır. Burada bir az düşünmək lazımdır. Bəlkə siz onun xoşuna gəlmirsiniz? Mütləq bu halın axırına çıxın. Amma əlbəttə ki, qadın uzaqgörənliyi öz rolunu oynaya bilər. Hər halda, onun bu cəhətini bəyənmədiyinizi bildirsəniz pis olmaz.

ŞÖHRƏTPƏRƏSTLİK, PAXILLIQ

Əslində azərbaycanlı kişi xanımını nə qədər sevsə də, onun çox dəbdəbəli və intimual görünməyinin qəti əleyhinədir. Hərçənd ki, bizim kişilər çox şöhrətpərəstdirlər və yanında olan xanımın gözəl görünməyini istəyirlər. Amma nədənsə qadın çox cazibədar olanda buna kəskin də olmasa, nəvazişlə reaksiya verirlər.


Tarix: 24.05.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...