Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev şəraitində saçlar necə boyanır?

İlk olaraq evdə saç boyamaya qərar vermədən öncə saçınızın kəsimə ehtiyacı olub olmadığına nəzarət edin. qırıqlarınız ya da saçqirnali saç telləriniz varsa saçınızı kəsdirin.

Saç telləriniz incə və qurudursa onlari nəmlədəcək vasitələrdən istifadə edin. Güclənməsi üçün b vitamini, günəşin təsirinii daha aza endirən ve qorumaya yarayan e vitamini, nəmlənməsi üçün isə avokado yağı ve hindistanqozu yağı olan vasitələr tövsiyə edilir.Boyanacag saç rəngini ve tonu dərinizin rəngini də göz önündə tutaraq düzgün seçilməlidir.
Alınan boya növünə də diqqət edilməlidir.Faydaları və zərərləri araşdırılmalıdır.
Seçilən boyanın tətbiq prosesi kağızı diqqətlicə oxunmalı ,varsa dəriyə uyğunluq testi edilməlidir. Hər hansı bir alergiya reaksiyası meydana gəlib gəlmədiyi gözlənilməlidir. Hər hansı bir əks təsir meydana gəlmişdirsə boyanı saçınıza tətbiq etməkdən qaçınmalısınız.
Boyanan zaman paltarlarınızı boyama ehtimalına qarşı köhnə paltarlar istifadə etmənizi tövsiyə edərik. Çünki saç boyalarının ləkələri çıxmaz.

Alın, yanaq, peysər kimi boyanın bulaşa biləcəyi bölgələrə vazelin sürtün. Bu, dəriniz boyansa belə dərinizdə iz buraxmadan boyanın təmizlənməsini təmin edəcək.

Boya sürtməyə başlamadan əvvəl mütləq əllərinizə əlcək geyin. Həm boyanın izi qalmaması üçün həm də dərinizdəki yarana biləcək zərərləri önləmək məqsəd ilə yaxşıdır.
Saçınızı rəngləyərkən daramaq lazım olsa dar dişli daraqlar istifadə etməyin,çünki boyama mərhələsində çətinlik çıxara bilər. Geniş dişli daraq istifadə etmənizi təklif edirik
Dib rəngləməsi edirsinizsə, ağ olan hissələri diqqətli boyamağa çalışın.
Saçınızı salonlarda tətbiq edildiyi kimi hissə-hissə folyo köməyi ilə boyaya bilərsiniz. Bunun saysində saçınızı uclarına qədər rəngləmiş olarsınız.
Boya mərhələsi bitdiyində dərinizə bulaşan boya varsa ən qısa müddətdə təmizləməlisiniz. Yaş dəsmal ya da pambıq üzərinə tökülmüş makiyaj təmizləyiciləri ilə təmizləyə bilərsiniz.
Boya rəngini nizamlamaq üçün mütləq boyama vərəqəsində yazilan müddət və miqdarda tətbiq olunmalıdır
Saçınızı gözləmə müddəti içində bir işlə məşğul olmamanız tövsiyə edilər. Amma zamanın necə keçdiyini fərq edə bilməyib boyanın gözlətmə müddətini keçirə bilərsiniz.
Saçınızın rənginin uzun müddət qalmasi üçün saçınızın həddindən artıq günəş süası, fen, maşa, saç qurutma maşınına məruz qalmamasına diqqət yetirin.
Yenə saç boyasının rəngini çıxma ehtimalına qarşı yumada köhnə bir dəsmal istifadə etmənizi tövsiyə edirik.
Saç rənginizin daha parlaq dayanıqlı və nəmli qalması üçün boyalı saçlarda xüsusi saç baxım məhsulları (kremləri, şampunları, maskaları vs.) istifadə edin.


Tarix: 06.07.2013 / 12:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...