Bu qış makiyajımız necə olmalıdır? Payız və qış mövsümündə makiyajda hansı rənglər trend olacaq?
Mövsümün 2-ci ayı iti addmlarla gəlir və makiyajin yeni rənglərini də özü ilə birlikdə gətirir.
Bu qış dodaqlar yenə göz qamaşdıracaq. Müxtəlif tədbirlərin və mükafatlandırma mərasimlərinin sevilən rəngi - qırmızı gündəlik makiyajda da istifadə olunacaq. Qırmızının bütün tonları bu qış dodaqlarda dramatik bir şəkildə qarşımıza çıxmağa hazırlaşır.
Dumanlı baxışlar yenə də dəbdə olacaq. Daha çox tünd rənglərdən istifadə olunması məsləhət görülür. Bənövşəyi rəngin tünd çalarları gözləri diqqət mərkəzinə çevirə bilər.
Göz qələmi ilə qalın çəkilmiş cizgilər hər zamankı aktuallığını qoruyub saxlayacaq. Qalın cizgiləri sevənlər üçün daha bir xəbər var ki, gözün üstünü istədikləri qədər qaralda bilərlər lakin səliqəli olması şərtidir.
Bu mövsüm açıq çəhrayı rəng ənliklər üstünlük təşkil edəcək.
Tarix: 12.05.2013 / 18:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri