Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçı möhkəmləndirən vasitələr

Saçı möhkəmləndirən vasitələr
Gənəgərçək yağı hələ qədimdən saçı möhkəmlədən və saç bitirən vasitə kimi tanınır. 1 yumurta, 4 çay qaşığı gənəgərçək yağı, yarım xörək qaşığı üzüm sirkəsi, 1 çay qaşığı qliserini qarışdırın və yaxşıca çalaraq saçın dibinə sürtün. Sonra başınızı dəsmala bürüyüb müəyyən vaxt buxar üzərində tutduqdan sonra yuyun. Bu proseduradan sonra sizin saçlarınız daha da sıx, parlaq, yumşaq və düzümlü olacaq.
Kəpəklə mübarizə
Zəncəfil sadəcə ətirli ədviyyat deyil. O həm də effektli antiseptik vasitədir, saçın diblərini qanla təchiz edir, başın dərisini nəmləndirir, saçlara yumşaqlıq və parlaqlıq gətirərək kəpəyi yox edir. Zəncəfilin təzə sıxılmış şirəsi kosmetik məqsədlərlə istifadə olunur. Şirəni küncüd yağı ilə qarışdıraraq saçın diblərinə sürtün. Bir qədər masaj etdikdən sonra 10 dəqiqə saxlayın və başınızı yuyun.
Yağlı scalar üçün maska
4 çay qaşığı çökə ağacı çiçəklərinin üzərinə 2 stəkan qaynar su tökülür. Bu qarışığı 2-3 dəqiqə od üzərində saxladıqdan sonra soyudulur və süzgəcdən keçirilir. Bu həlimə 1 ədəd limonun şirəsi və stəkan əsmə çiçəyi tinkturasını əlavə edilir. Əmələ gələn losyonu saçın uzunluğu boyunca sürtmək lazımdır.
Saç tökülməsinə qarşı maska
Bu, saç tökülməsinin qarşısını almaq, onun gözəlliyini və qüvvəsini bərpa etmək üçün sınaqdan keçirilmiş bir vasitədir. Saça qulluq etmək üçün soğandan istifadə etməyi məsləhət görülür. Müasir kosmetoloqlar da həmin fikirdədir. 1 baş soğanın şirəsi, gənəgərçək yağı, 1 ədəd yumurta sarısını yaxşıca qarışdırmaq lazımdır. Gənəgərçək yağını zeytun yağı ilə əvəz etmək olar. Bu qarışığı saçlarınızı yumamışdan 45 dəqiqə əvvəl saça sürtün, sonra başınızı sellofanla örtüb, üstündən dəsmalla bağlayın. Proseduranı ayda 1 dəfə yerinə yetirmək lazımdır.
Gicitkən maskası
Gicitkən həlimi ilə saçınızı daim yumaq saçın dibini möhkəmlədir və tökülməsinin qarşısını alır. Proseduranın hər 5-7 gündən bir uzun müddət təkrarlamaq lazımdır. 5 xörək qaşığı quru gicitkən otu, 2 stəkan su və 2 stəkan alma sirkəsini qarışdıraraq yarım saat qaynadır, sonra isə sıxıb süzürsünüz.
Kəklikotu maskası
Kəklikotunun bioloji aktiv maddələri müxtəlif növdə saçları effektli sürətdə möhkəmləndirir. Əvvəlcə saçları yuyurlar, sonra saçın dibinə kəklikotu dəmini sürtüb yedirdirlər və başı dəsmalla yarım saatlıq bürüyürlər. Bu dəmi hazırlamaq üçün yarım stəkan kəklikotu lazımdır. Onun üzərinə iki stəkan qaynar mineral su töküb, 30 dəqiqə saxlayın.
Saçları yumşaltmaq üçün maska
30 qr çobanyastığı çiçəyinin üzərinə yarım stəkan qaynar su tökərək, 1 saat saxladıqdan sonra süzürlər və 1 desert qaşığı bal qatırlar. Yuyulmuş və məhrəba ilə qurulanmış saçları bu məhlulla bolluca isladın, 30-40 dəqiqədən sonra saçı ilıq su ilə yaxalayın. Saçlar quru olduqda, bu proseduranı 2 həftədən bir, saçlar yağlı olarsa - həftədə 1 dəfə edirlər.


Tarix: 04.07.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...