Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OLMEYEN SEVGI

O yenə də əllərində bir dəstə çiçək sahilə, görüşə qaçaraq gəlmişdi... Gözlərini saildə gəzdirdi, axtardığını tapmayınca ilk gördüyü skamyaya əyləşib sevdiyini gözləməyə başladı. Əllərində yenə hər zamankı çiçəklərdən varıydı, sevdiyinin ən sevdiyi çiçəklərdi bunlar... Qırmızı, qıpqırmızı, qan qırmızı güllər... Sanki budağından yeni qoparılmış kimi təzəydilər... Eşq, sevgi, ən əsası da həsrət qoxurdu bu güllər... Amma hamısının üzərində damlalar var idi, sanki ağlayırdılar... O güllərə baxdı sanki onlarla danışırmış kimi,"Niyə ağlayırsınız, baxın görün mən necə xoşbəxtəm"... Bir azdan sevdiyini görəcəyi üçün yenə qəlbi dəlicəsinə atmağa başladı... Nə zaman onu düşünsə, onunla görüşəcəyini xəyal etsə qəlbi həmişə belə yerindən çıxarcasına döyünməyə başlardı... İllərlə bir-birlərini sevirdi bu iki gənc... Heç nə onları ayıra bilməzdi... Heç nə... Nə həsrət, nə ayrılıq, nə ölüm... O birdən xəyallardan ayrılıb saata baxdı... Sevdiyi yenə də gecikmişdi... Özü isə qızı gözlətməmək üçün deqiqeler öncə görüşə hər zaman qaça-qaça gəlir, sevdiyi isə həmişə onu gözlədirdi...Eybi yox deyib, gözlərini ucsuz-bucaqsız dənizə dikdi...Dənizin sonu yoxdu, lap onun sevgisi kimi... Güllərin yarpaqları nədənsə hələ də yaşlı idi... Anlaya bilmirdi onları, hər şey bu qədər gözəlkən niyə ağlayırdılar ki..? Axı bir azdan onun sevdiyi gələcək, ona sarılacaq, qucaqlaşacaqdılar... Sonra üzüklərini taxıb evliliyə ilk addımlarını atacaqdılar... Elə həyəcanlıydı ki... Qağayılara baxdı, bir-birləriylə oynayıb, uçuşan qağayılara...Nə qədər gözəl rəqs edirdilər havada... Səbirsizlənib təkrar saatına baxdı... Bu dəfə çox gecikmişdi sevdiyi qız... Artıq narahat olmağa başladı... Heç vaxt bu qədər gec qalmamışdı axı... Ağlına pis şeylər gəlməyə başladı, uzaqlaşdırmağa çalışdı, artıq ətrafındakılar da ona qəribə baxmağa başlamışdı... Görəsən niyə gəlmədi deyib gözlərini bağladı... Yenə gəlməyəcək yəqin... Yaxşısı budur mən evinə gedim deyə öz-özünə danışdı... Heç olmazsa gülləri hər zamankı kimi onun yanına qoyar, özünə vermiş olardı... Qəlbi, o sevən ürəyi sanki parçalanmaq üzrəydi... Gözlərindən bir damla yaş daha güllərin üzərinə damladı... Artıq 7 ildir ki, bu belə sürür... O sevdiyiylə görüşmək üçün ayağa qalxdı və yaşıl təpənin arxasındakı qəbristanlığa doğru yol aldı...


Tarix: 26.05.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...