Amerikalı alimlər apardıqları araşdırmalar zamanı belə bir nəticəyə gəliblər ki, qəhvə qadın orqanizminin normal fəaliyyət göstərməsi üçün vacibdir. Təcrübələrdə 84 min qadın və 42 min kişi iştirak edib. Həkimlər onlar üzərində 25 il müşahidə aparıblar. Təcrübə göstərib ki, gün ərzində ən azı 2 fincan qəhvə içən qadınlar digərləri ilə müqayisədə 25 faiz az ürək xəstəliklərinə tutulurlar. Qəhvə sevənlər digərləri ilə müqayisədə 18 faiz az bu cür xəstəliklərdən dünyasını dəyişirlər. Qəhvənin müsbət təsir göstərmədiyi yeganə xəstəlik xərçəngdir. Bundan əlavə, qəhvədən müntəzəm olaraq istifadə erkən ölümə gətirib-çıxarmır. Qəhvənin tərkibində ürək-damar sisteminin fəaliyyətini gücləndirən, astma risqini azaldan taninlər və antiturşular var.
Tarix: 16.05.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri