Yeni vasitə onların daha gec yağlanmasına kömək edəcək. Bu barədə Türkiyənin Radikal qəzetinə istinadən anspress.com xəbər verib.
Mütəxəssislər buruq saçların istənilən hava şəraitində düz saxlamağın üsulunu tapıb. ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun professoru Robert Langerin yaratdığı vasitə “No Frizz” adlanır. Bu dərman gözəllik dünyasının ən böyük uğuru adlandırılır.
Bu vasitə saçın burulmasına yol açan su damcılarından qoruyur, saçın yağlanmasını gecikdirir. Bununla da saçları daha gec-gec yumaq mümkün olur.
Professorun sözlərinə görə, saçları düz edən başqa dərmanların tərkibində silikon çoxluq təşkil edir. Burada isə silikondan daha yüngül olan maddədən istifadə edilib.
Yeni məhsul saçın qalınlığından asılı olaraq sprey və ya krem kimi istifadə edilir. Dərmanın qiyməti 12-15 dollardır.
Tarix: 04.07.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri