Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsla yoldaşınızın anası olmayın

Yoldaşlarını aldadan kişilər, yoldaşlarını yoldaş olaraq deyil də, daha çox ana kimi görürlər. Ana kimi mehriban, qoruyucu, gözləyici, şəfqətli olmalarından istifadə edirlər. Bu yoldaşların bəziləri, xanımlarını aldatdıqlarını belə, gedib yoldaşlarına söylədiklərini ifadə edirlər. Eynilə dəcəllik edən bir uşağın, etdiyi yaramazlığı gedib anasına söyləməsi kimi.

Bəzi qadınlar şəxsiyyət strukturlarından ötəri uşaqlarına, yoldaşlarına və ətraflarında sevdikləri hər kəsə qol-qanad gələrlər, qoruyarlar, hər ehtiyaclarını anında qarşılamağa çalışırlar. Bu qadınlar "xeyr" deməyi bilməzlər. Həddindən artıq fedakardırlar.

Bəzi qadınlar isə, ana olduqdan sonra, yoldaş rollarını də ana roluna çevirərlər. Ana olma rolunu, nəzarət etmək, idarəçi olmaq hesab edib, uşaqlarını və həyat yoldaşlarını davamlı nəzarət edərlər. Amma buradakı nəzarət şübhəçilik və qısqanclıq mənasında deyil. Məsələn nə yediyini soruşarlar, bir ananın övladına yaxınlaşdığı kimi yaxınlaşarlar yoldaşlarına. Səhər evdən çıxarkən paltarlarına nəzarət edərlər və üşüyə biləcəyinisöyləyərək daha qalın geyinmələrini istəyərlər.

Yoldaşlarına ana olan qadınlar yoldaş rollarından çıxdıqları üçün, yoldaşlarıyla mübahisələrə girməzlər, kapriz etməzlər, qısqanclıq etməzlər, yoldaşlarından tələbləri çox az olar. Ancaq buna baxmayaraq, evlilikləri və yoldaşlarıyla olan əlaqələri sağlam deyildir.

Bir çox kişi, yoldaşının ana kimi olmasından şikayət edir. Bu şikayətini yoldaşına da dilə gətirər. Həqiqi bir yoldaş istədiklərini söyləyərlər. Sizin də yoldaşınız belə xəbərdarlıqlar edirsə, nəzərə alın. Yoldaşınızın bir uşaq olmadığının, yetkin biri olduğunun fərqində olamağa çalışın. Yoldaşınızın yalnız bir anaya və bir yoldaşa ehtiyacı olduğunu unutmayın. Təbii ki, lazım gəldikdə şəfqətlə yaxınlaşacaqsınız, lazım olduğunda onu fərq etmədiyi mənfiliklərə qarşı oyadacaqsınız amma bu bir ana deyil bir yoldaş yanaşması olmalıdır.

Yoldaşınıza ana olub-olmadığınızı, analıq rolunuzu yoldaş rolunuzla qarışdırıb qarıdırmadığınızı öz-özünüzə analiz etməyə çalışın. Yoldaşınıza ana kimi yaxınlaşırsınızsa bunu dərhal dəyişdirməyə başlayın. Kişilər analarını çox sevərlər amma onun sevgilisi olun, anası deyil.


Tarix: 16.05.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...