Gözəl və axmayan bir makiyaj üçün, onu etməzdən əvvəl dərinin təmiz olmasına diqqət yetirin. Qüsursuz görünüş üçün stilistlər makiyaj öncəsi bəzi təkliflər irəli sürür.
Makiyajınızı təmiz və nəmlənmiş dəriyə etsəniz daha gözəl nəticə əldə edəcəyinizə əmin ola bilərsiniz. Amma təmizləmə və nəmləndirməni makiyajdan ən azı bir neçə saat əvvəl etməlisiniz.
Çalışın ki, nəmləndirici kremdən makiyajdan dərhal əvvəl istifadə etməyəsiniz. Çünki, dəri, kremlə bərabər boyanı da özünə çəkə bilər, sonradan isə üzünüzdə parça-parça makiyaj efekti yaranar.
Makiyaja qədər saç düzümü edib bitirin ki, sonrada saç lakı, jele, sprey və s. istifadə etdikdə makiyajınıza qarışmasın.
Nə geyinəcəyinizi əvvəldən təyin edin və makiyaj üçün istifadə edəcəyiniz rəngləri, habelə makiyaj tərzinizi elə uyğunlaşdırın ki, sonradan kompleks yaşamayasınız.
Tonal krem seçərkən dəri rənginizi yaxşı təyin etməniz lazımdır. Bunun üçün ən uyğun işıqlı olan məkandır.
Tarix: 23.06.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri