Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar qucaqlanmaq istəmirlər?

Britaniyalı alimlərin araşdırmalarına görə, qadınlar qucaqlanmağı sevmirlər. Bu, onları özlərini narahat hiss etməyə vadar edir.
The Times of İndia-ya istinadən bildirir ki, dünyada hər üç qadından biri yalnız kişinin xətrinə dəyməmək üçün qucaqlanmağına izn verir.
Bu isə qadınların qucaqlanmağı çox sevmələri barədə indiyədək az qala "daşlaşmış" sayılan təsəvvürləri alt-üst edir.

Aparılmış araşdırmalara görə, qadınların 55 faizi yatmazdan əvvəl kişiyə onları qucaqlamağa izn verir.
Qadınların 50 faizi isə bildirib ki, yuxuları gəldiyi üçün yatmazdan əvvəl qucaqlanmaq istəmirlər.

Üstəlik, rəyi soruşulan hər 10 qadından biri bildirib ki, yatmazdan əvvəl çarpayıda noutbukla oturmaq, hətta sosial şəbəkələrdə "dolaşmaq" istərdilər.


Tarix: 24.05.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...