Üz şəkli yumru olan və ya yanaqları dolğun olan xanımların edə biləcəyi saç modelləri...
Düz , həcmsiz və xüsusilə aradan ayrı saçlar və kölgələr üzünüzü olduğundan daha incə göstərəcək.
Saçınızın təpəsinə yaxın bir yerdən edəcəyiniz at quyruğu üzünüzü olduğundan uzun göstərəcək.
Hətta istəsəniz saçınızın ön tərəfinə bir az krep də edə bilərsiniz.
At quyruğu etdikdə üzünüzün incə görsənməsini istəsəniz aradan iki yana da düz saç buraxa bilərsiniz.
Təpədə bir toppuz göz yanılması ilə üzünüzü incə, uzun göstərəcək.
Həcmi ilə yanaqlarınızı bağlayan modellər üzünüzün incə görsənməsi üçün yenə seçim edə biləcəyiniz modellər arasındadır.
Əsla istifadə etməməniz lazım olan modellərdən biri isə budur.
Alınınızı gizləyib üzünüzün daha kiçik və yumru görünməsinə səbəb olacaqdır.
Əsla istifadə etməməniz lazım olan modellərdən bir başqası isə bob kəsimidir.
Uzun üzlü qadınların seçim etməsi lazım olan qruplardan biri olan bob kəsim, üzünüzü olduğundan qısa və yumru göstərəcək.
Trend siqnalı
2012 uzun saçların ili olacaq. Xüsusilə hərəkətli saçlar önə çıxır, eyni boyda saçlar isə tarixə keçir.
Saçlarınıza hərəkət qatmağı düşünürsünüzsə üz şəklinizə uyğun qatlı saçları seçin. Bu şəkildə saçlarınızdakı qırıqlar gözə batmaz və saçlarınız daha canlı görünər.
Son zamanlarda podyumlarda məşhur ulduzlarda da tez-tez qatlı saç modelleri görürük.
Saçlarınıza hərəkət qatmağa hazırsınızsa indidən saç qırıqlarınızla vidalaşın!
Qatlı saçların istifadəsi də asandır.
Yəni güzgü qarşısında saatlar keçirmənizə ehtiyac yoxdur. Ruh halınıza görə saçınıza şəkil verin.
Gənc və dinamik bir görünüş üçün qatlı saç modeli ən ideal saç modelidir ...
Bəzən düz, bəzən dalğalı istifadə edərək hər an fərqli görünə bilərsiniz.
Tarix: 26.06.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri