Oğlanlar qızların ürəyində yer tuta bilmələri üçün dürüstlüyün hər şeydən vacib olduğunu unutmamalıdırlar
Dəstək olun : Axır vaxtlar 1 az kökəlib, çirkinləşmiş ola bilər, bu məsələdə zarafat etməkdən çəkinin. Gözəl olmaq üçün əlindən gələni edirsə, pəhriz saxlayırsa, idman edirsə, ona xoş sözlərinizlə dəstək olun. Təkcə bu məsələdə deyil, başqa çətinliklərdə də sizin köməyinizi hiss etməlidir (yoxsa o köməyi başqa yerdə axtarmalı olacaq)
Onunla gəzməyə çıxın : Qğlanlar bəzən oğlan dostu ilə harasa getməyi sevdiyi qızla gəzməkdən üstün tuturlar. Bu da heç 1 qızın xoşuna gəlməz. Onunla müxtəlif yerlərə (eyni yox! MÜXTƏLİF!) getmək münasibətlərinizin daha da möhkəmlənməsinə güclü təsir edəcək
İstədiklərinizi deyin : Ən yaxşı dost, sevgili, ər, ata olmaq üçün sevdiyinizi diqqətlə dinləyin.və sizi dinləməsinə nail olun. Eqoistlik yaxşı şey deyil, amma istədiklərinizi ona demeyiniz sizi sevindirəcək. Onun fikirləşib tapmasını gözləməyin, siz deyin. Dünyaya 1 dəfə gəlirsiniz, sizi sevindirən şeyləri, istəklərinizi sevdiyinizə niyə söyləməyəsiniz ki? Bəlkə də bütün istədikləriniz reallaşmaz, amma onun sevdiyiniz şeylərdən xəbəri olacaq, bəlkə də sizə sürpriz etməsinə səbəb olacaq.
Qiymətini anlayın ki, qiymətinizi anlasın : Hərkəsin bildiyi bu cümlə əslində qəlbin tək açarıdır. Bir çox oğlanlar öz uğurlarında və xoşbəxtliklərində sevdiyi qızın rolunu bilməzlər, ya da bilmək istəməzlər. Siz sevdiyinizə bunu bildiyinizi və buna görə çox sevindiyinizi deyin ("Nə yaxşı ki, sən varsan" demek çox çətin deyil)
Hər fikri ilə razılaşmayın : Daima öz fikirlərinizi müdafiə etməkdən, ya da birlikdə olduğunuz insanın fikirlərini təsdiqləməkdən uzaq olun. Öz fikriniz yoxmuş kimi davranmayın, amma qarşınızdakına nə qədər hörmət etdiyinizi göstərin. Mübahisə etməyin (qarşınızdakı düşməniniz deyil, sevdiyinizdi). Çalışın ki, həm o deyən olsun, həm də siz deyən
Tarix: 11.06.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri