"Nə gözəl bir körpədir!" dedilər sənə doğulduğunda. "Çox gözəl/yaraşıqlı bir qız/oğlan olacaq bu". O an, sənə ən böyük zərəri verdilər. Ətrafında bir maraq halqası meydana gəldi.
Təriflər tərifləri qovaladı.
Gözəl olduğun üçün göstərilən maraq, mənliyinin xoşuna gəlməyə başladı. Fiziki gözəlliyin, gözəl bir mahnının bəstəsi kimi qulağa xoş gəlirdi. Tonu gözəl idi gözəl olmasına, lakin mahnının sözlərində bir problem vardı. Sən "Nə qədər gözəlsən!"in tonunu eşidirdin, içinə axıtdığı zəhərin fərqində olmayaraq.
Jeffrey Young, bəzi valideynlərin uşaqlarına "xüsusi" olduqlarını hiss etdirmələrini sevgi olaraq hesab etmə səhvindən bəhs edir. Uşaqlara sevgi yerinə "xüsusi olduqları hissi" aşılayırlar. Sən də məruz qaldın buna. Fərqli və xüsusi olduğunu sanaraq saxta bir mənliyin içinə həbs oldun. Başda yaxınların olmaq üzrə,fiziki gözəlliyi həddindən artıq dərəcədə əhəmiyyət verən narsistik mədəniyyətin təsirindəki insanlar sənin üçün saxta bir yaranma tərifi etdilər. Səni fiziki gözəlliklə məhdudlaşdırılan bir halqanın içinə soxdular. Fərqində deyilmiydin?
Fiziki gözəlliyinin verdiyi mağruriyyətlə özünü ətrafındakı insanlarla müqayisə etməyə başladın. Fiziki baxımdan yaxınlarından, dostlarından daha gözəl idin amma sən daha çoxunu iddia edirdin. "Gözələm və qiymətliyəm" şəklində bir ifadə belə deyildi sxemin. "Gözələm və daha qiymətliyəm" deyə təyin edirdin varoluşunu.
Get-gedə fiziki gözəlliyin səbəbilə edilən təriflərdən asılı olmağa başladın. Histerik əlaqələrin arxasıyca qaçdın. Yoruldun. Çox yoruldun və boğulmağa başladın. Hansısa bir yerə getdiyində, hisslərin dərhal açılıb gözəlliyinin fərq edilib edilmədiyini hesablayırdı. Elə məharət qazanmışdın ki bu mövzuda, uzaqlardakı bir baxışı da dərhal qəbul edə bilirdin.
Etiraf et,mənliyin fiziki gözəlliyindən həzz alırdı amma xoşbəxt və dinc deyildin.İlk dəfə xəyallarının çöküşünü, fiziki gözəlliyin nisbi olduğunu fərq etdiyin an yaşadın. Bəlkə də, fiziki olaraq başqalarından daha gözəl idin amma səndən daha gözəl olanlar da vardı. Sənsə öz gözəlliyinin əvəzolunmaz və bənzərsiz olduğunu sanmışdın. "Fərqli və xüsusi olma" hissinə həbs olaraq. Halbuki hər insana fərqli və xüsusi bir yaranma bəxş edilmişdi.
Bir gün dostlarınla oturmuş söhbət edirdin. Zənn edirdin ki ətrafındakı maraq şöləsi heç sönməyəcək. Çox susayan birinin kranı açıb "tıss" səsini eşitdiyi anda hiss etdiyi çöküntünü yaşadın. Kimsədə səs səda yox idi. Sən də yox kimi idin.
Başqa bir gün başqa bir qorxu düşdü arxanca. Fiziki gözəlliyinin pozulmağa məhkum olduğunu anladığında varoluşun sanki əlindən sürüşüb gedirdi. Bunu ilk dəfə, səni həmişə bənzətdikləri nənənin üzünə diqqətli baxınca qavradın. Zaman,üzünün gözəlliyini silib süpürəcəkdi, nənənə etdiyi kimi.
Vicdanının səsini daha çox eşitməyə başladın. Fiziki gözəlliyinə edilən təriflərdə, ruhunu və ürəyini təmin etməyən bir şey vardı, vicdanının rədd etdiyi. Bal kimi bilirdin, bu təriflərə layiq olan sən deyildin. Başqasının malını qəsb etmiş birinin günahkarlığı sarmağa başladı hər yanını.
Egər əvvələ qayıtsaq, sənə qurulan ilk tələ, "Nə gözəl bir körpədir!" və sonraları "Nə qədər gözəlsən!" deyə təyin olunmağın idi. Gözəllik sənə aid deyildi halbuki. Gözəl yaradılmışdın və gözəl olan gözəl yaratma hərəkəti idi.Fiziki gözəlliyin, O'nun Cəmil adının təcəllisindən başqa bir şey deyildi. Narsistik mədəniyyət sənə aid olmayan gözəlliyi sənə mal etdi. Sənin çiyinlərinə yüklədi. Bu, çox ağır idi.
Haqlısan hekayən belə də ola bilərdi: Sənə həmişə "Nə gözəl yaradılmısan!" deyilir. Yalnız fiziki gözəlliyinin deyil, bütün xüsusiyyətlərinin O'na aid olduğu nəzərdə tutulur. Varlıgının O'na aid olduğunu hiss edirsən.Fiziki gözəlliyinə edilən təriflər sənə deyil O'na edilir. Mənliyin O'na aid bir varlıq olaraq inşa edilir. Bu, sənə güvən verir. Fiziki gözəlliyindən ötrü özünü başqalarından daha üstün, daha qiymətli görmə qüruruna düşmürsən. İnsanlardan gələcək histerik marağın asılılığı və köləsi olmursan.
Azadlaşırsan...
Gec deyil! Hərçənd ki,bir az daha çətindir amma hekayəni yenidən yaza bilərsən. Hər aynaya baxdığında "Nə gözəl yaradılmışam!" deyərək, fiziki gözəlliyin bir üstünlük olmadığını fərq edərək həqiqi bir mənlik inşa edə bilərsən.
Tarix: 25.06.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri