Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payız makiyajının son yenilikləri

Yeni fəsil – təkcə qarderobunuzu deyil, kosmetikanızı da yeniləmək üçün əla səbəbdir. Artıq payız mövsümü başlayıb. Yeni mövsümdə hamını, xüsusilə qadınları yeniliklər, daha doğrusu mövsümün geyim, makiyaj, saç düzümü dəbi daha çox maraqlandırır.
Bu payız makiyajının əsas rəngi boz rəngli rəngli gözlər, uzun kipriklər, dırnaqlar üçün boz lak və həcmli saçlardır. Mövsümün dəbində qara boya ilə çəkilmiş gözlər də yer alır. Tünd göy, boz, qəhvəyi rənglərdən də istifadə etmək olar. Bu mövsümdə qara rəngli tuşlar da öz aktuallığını saxlayır.
Payızda qaşlar enli və tünd olmalıdır. Qaşları qara, qəhvəyi, ya da boz karandaşla rəngləmək olar. Dodaqlarda isə alovlu, diqqət cəlb edən dodaq boyaları dəbdədir. Yarım tonlu açıq rənglərə bu mövsümdə "yox" deyin. Daha çox al qırmızı, qırmızı, çaxır rəngdə olan dodaq boyalarına üstünlük verin.
Təbiiliyə üstünlük verən xanımlar narahat olmasın. Stilistlər belə qadınlara tünd rənglərin dəbdə olmasına baxmayaraq, gözlər üçün açıq tonlardan, yanaqlara təbii rəngdə ənlik, dodaqlar üçün şəffaf rəngli balzam və az tuşdan istifadə etməyi məsləhət görür.
Əgər yanaqlarınızı xüsusi vurğulamaq istəyirsinizsə, onda sədəfi parlaq tunc və miss rəngli ənliklərdən istifadə edin. Belə makiyaj daha çox 80-ci illərin dəbi ilə üst-üstə düşür.


Tarix: 22.06.2013 / 13:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...