Hər qadının fərqli bir dəri quruluşu vardır. Əgər yağlı bir dəri quruluşuna sahib olan qadınların arasındasinizsa sizlər üçün işinizi asanlaşdıracaq və müsbət təsirlərini görəcəyiniz yağlı cildlər üçün makiyaj tövsiyələrini təqdim edirik.
Qurutma Kağızları
Makiyajınızı təmiz tutmaq və dərinizdəki yağı götürmək üçün qurutma kağızlarından kömək ala bilərsiniz. Gün içərisində mütləq makiyaj çantanızda tutmanızda fayda var.
Primer
Primer makiyajınızın uzun müddət qalıcı olmasını təmin edərkən, eyni zamanda da dərinizdəki yağı idarə edə bilməniz üçün bir başqa təsirli makiyaj məhsuludur.
Təbii Bir Təklif
Əgər dərinizdəki yağla döyüşmək üçün təbii bir üsul axtarırsınızsa; üzünüzə nəmləndirici sürmədən əvvəl az miqdarda limon suyu tətbiq edin və dəsmalla qurulayın. Limon yağlı cildlər üçün təklif edilən baxım maskalarının baş vəsaitidir. Lakin bundan sonra nəmləndirici tətbiqi unutmayın, əks halda limon dərinizi qurudacaq.
Həftədə Bir Dəfə Peeling
Həftədə bir dəfə dərinizi ölü dərilərdən təmizləmək üçün peeling etməniz də yağlı dəriniz üçün olduqca faydalı olacaq. Unutmayın!
Tarix: 22.06.2013 / 12:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 58 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri